Rusiyanın emal həcminə görə yeddinci ən böyük neft emalı zavodu olan Perm NEZ PUA hücumundan sonra fəaliyyətini dayandırıb.
Bu barədə “Reuters“ sənaye sahəsindəki iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində müəssisədə yanğın baş verib, boru kəmərləri, saxlama obyektləri və texnoloji qurğular zədələnib.
Zavod 2024-cü ildə təxminən 12,6 milyon ton və ya sutkada 252 min barel neft emal edib. Müəssisə həmin il 2 milyon ton benzin, 5,3 milyon ton dizel yanacağı, 200 min ton mazut və 700 min ton neft koksu istehsal edib.
Avqustun 21-də də Permdə PUA hücumundan sonra zavodun əsas ilkin neft emalı qurğularından birinin fəaliyyəti dayandırılmışdı.