Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Nuhun gəmisinin axtarışında sensasion tapıntı

User 28 Sentyabr 2026 - 12:16
nuh aqridaq01

Türkiyənin Ağrı dağı ərazisində Nuhun gəmisinin axtarışları zamanı gil qablar aşkar edilib.

Sivas Universitetinin beynəlxalq tədqiqat layihəsinin rəhbəri, professor Cenkər Atilla bildirib ki, tapıntılar Ağrı dağı yaxınlığındakı axtarış ərazisində qeydə alınıb.

Alimin sözlərini NTV yayıb.

Onun sözlərinə görə, qazıntılar zamanı tapılan gil qabların Dünya daşqınından əvvəlki dövrə aid olduğu ehtimal edilir. Torpaq nümunələri araşdırılması üçün Ankaraya göndərilib və analiz prosesi hələ davam edir.

“Atilla bildirib ki, qazıntılar zamanı Dünya daşqınından əvvəlki dövrə aid olduğu ehtimal edilən gil qablar aşkar olunub. Torpaq nümunələri tədqiqat üçün Ankaraya göndərilib. Torpağın analiz prosesi hələ davam edir. Hazırda 100 faizlik nəticə əldə etməmişik, lakin bəşəriyyəti təəccübləndirəcək məlumatlarımız var”, – alim deyib.

Tədqiqatların Ağrı dağından 28 kilometr məsafədə yerləşən Durupınar ərazisindəki qaya formasiyasında aparıldığı bildirilir.

Sözügedən qaya formasiyasının konturları nəhəng gəmiyə bənzəyir. Onun uzunluğu 164 metrdir. Bu ölçünün Əhdi-Ətiqdə Nuhun gəmisinin ölçüləri ilə uyğun gəldiyi qeyd olunur.

Bununla belə, gil qabların və torpaq nümunələrinin hansı dövrə aid olduğu barədə yekun elmi nəticə hələ açıqlanmayıb. Hazırda laboratoriya araşdırmalarının başa çatması gözlənilir.

AzPost.az

Post navigation

Previous: Avropa İttifaqından 4 ölkəyə üzvlük yolu:
Next: Jurnalist Əvəz Zeynallı vəfat edib

Oxşar xəbərlər

yer kuresi01
  • Maraqlı

Yerdə həyat yaranmasaydı, planetimiz necə olardı? – Alimlərdən təəccüblü nəticəyə

User 12 Noyabr 2026 - 11:10
sac yuma
  • Maraqlı

Yaş saçla yatmaq niyə təhlükəlidir?- Yatağınızda gizlənən risklər

User 12 Noyabr 2026 - 10:40
telefon sarj
  • Maraqlı

Smartfonu gecə şarjda saxlamaq batareyaya zərər verir?

User 12 Noyabr 2026 - 09:27

xƏBƏR

maya sandu
  • Siyasət

Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır

User 12 Noyabr 2026 - 15:23
“Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır“. Bunu Moldova prezidenti Maya Sandu Avropa Siyasi Birliyinin Sammitindən əvvəl jurnalistlərə açıqlamasında...
Read more about Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır
prezident
  • Siyasət

User 12 Noyabr 2026 - 15:21
rumen radev
  • Siyasət

User 12 Noyabr 2026 - 15:19
görüş
  • Siyasət

User 12 Noyabr 2026 - 15:16
Sabah 20 dərəcə isti olacaq hava
  • Sosial

Sabah 20 dərəcə isti olacaq

User 12 Noyabr 2026 - 14:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.