Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.
Bu barədə vəkil Rəşad Vaqifoğlu feysbukda paylaşım edib.
Qeyd edək ki, 56 yaşlı Əvəz Zeynallı uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Əvəz Zeynallı uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Son günlər onun səhhətinin ağırlaşdığı bildirilirdi. Sentyabrın 22-də Respublika Diaqnostika Mərkəzində əməliyyat olunmuşdu. Həyat yoldaşı Məlahət Zeynallı əməliyyatın normal keçdiyini, lakin jurnalistin vəziyyətinin ağır olaraq qaldığını demişdi.
Əvəz Zeynallı 2022-ci ilin sentyabrında saxlanılmışdı. 2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi onu rüşvət alma, dələduzluq, nüfuz alveri və digər ittihamlarla 9 il müddətinə azadlıqdan məhrum etmişdi.
2025-ci ilin aprelində onun xərçəng xəstəsi olduğu təsdiqlənmişdi. Nizami Rayon Məhkəməsi səhhətinin ağır olması səbəbindən Əvəz Zeynallını cəzanın qalan hissəsini çəkməkdən azad etmişdi. Aprelin 25-də o, Penitensiar Xidmətin Müalicə Müəssisəsindən azadlığa buraxılmışdı.
Xəstəliyi ilə əlaqədar olaraq vaxtından əvvəl azadlığa buraxılan Əvəz Zeynallı aylarla Türkiyədə müalicə alıb.
Allah rəhmət eləsin!