Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Tələbə qızlara qarşı şantajla zorakılıq edən müəllimə 11 il həbs cəzası verildi

User 29 Sentyabr 2026 - 13:02
rusiyamehkeme

Gəncə Ağır Cinayətlər Məhkəməsi Xankəndi şəhərində futbol müəllimi işləyən şəxsin tələbə qızlara qarşı törətdiyi ağır cinayətlərə dair iş üzrə yekun hökmünü elan edib. 

Azpost.info anews.az-a istinadən bildirir ki, məhkəmənin sədri Natiq Əliyevin sədrliyi ilə keçirilən qapalı məhkəmə iclasında, zərərçəkmiş şəxsləri şantaj edərək pullarını mənimsəyən və onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən F.M. 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Şuşa və Xankəndi şəhərlərində futbol müəllimi işlədiyi dövrdə Qarabağ Universitetinin tələbələri olan zərərçəkmiş A.B və Ə.M ilə tanış olub. O, özünü subay və xüsusi orqanların əməkdaşı kimi təqdim edərək gənclərin inamını qazanıb.

Daha sonra zərərçəkmiş Aytacın sevgilisi ilə olan bəzi videogörüntülərinin universitet rəhbərliyinə və Qarabağ Regional Təhsil İdarəsinə çatdığını iddia edərək saxta ssenari qurub. Təqsirləndirilən şəxs “məsələni həll etmək” və qızın universitetdən xaric olunmasının qarşısını almaq adı altında rüşvət tələb edib. O, rəsmi şəxslərin, o cümlədən universitet rektoru Şahin Bayramovun adından istifadə edərək müxtəlif vaxtlarda zərərçəkmişdən ümumilikdə 2100 manat nağd və kart köçürməsi vasitəsilə pul əldə edib.

Bununla da kifayətlənməyən şəxs, digər zərərçəkmiş Əfsanənin də etibarından sui-istifadə edərək “imtahana hazırlaşmaq” bəhanəsi ilə onun 1150 manat dəyərindəki “ACER” markalı noutbukunu ələ keçirib və başqa şəxsə verib. Münasibəti bitirmək istədikdə isə hər iki tələbəni saxta mesajlarla və universitetdən qovdurmaqla hədələyib.

Eyni zamanda təqsirləndirilən şəxs videogörüntüləri yaymaq və qızın atasının həm onu, həm də sevgilisini öldürəcəyi hədəsi ilə qorxudaraq zərərçəkmiş Aytacı iki fərqli tarixdə mənzilə çağırıb.

Qızın köməksiz vəziyyətindən, yataqxanaya qayıtmaq imkanının olmamasından istifadə edən şəxs, onun yalvarışlarına və müqavimətinə məhəl qoymayaraq iki dəfə zorla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Məhkəmə-tibbi ekspertizasının rəyi də zərərçəkmiş şəxsin arxa keçəcəyində bədən xəsarətlərinin və çapıq toxumasının olduğunu rəsmən təsdiq edib.

Təqsirləndirilən şəxs məhkəmədə öz ifadəsində Qarabağ Universitetində, həmçinin Şuşa və Xankəndi şəhərlərində futbol müəllimi işlədiyini rəsmən təsdiq edib. O, ali təhsil müəssisələrarası futbol yarışları üçün universitetin həm oğlan, həm də qız tələbələrindən ibarət komandalar formalaşdırdığını bildirib

O, ittihamlar üzrə özünü təqsirli bilməyərək pulları borc aldığını, seksual zorakılıq etmədiyini desə də, instansiya onun ifadələrini məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirib və sübutları əsaslı hesab edib. İstintaq dövründə zərərçəkmişlərə dəymiş maddi ziyan polis şöbəsində geri qaytarılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinib. Ona 2 il müddətinə müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

**

Qarabağ Universiteti tələbə qızlara qarşı şantaj, dələduzluq və seksual zorakılıq cinayətlərinə görə 11 il həbs cəzası alan Faiq Məmmədovun universitetdə işləməsi barədə məlumatı təkzib edib.

“Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb”, – ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında bildirilib.

AzPost.az

Post navigation

Previous: Tanınmış iqtisadçı-ekspert Pərviz Heydərov vəfat edib
Next: “İnsan alveri sosial bəla kimi” layihəsinin ilk tədbiri keçirilib

Oxşar xəbərlər

turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16
Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38
Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02

xƏBƏR

ceyn fonda terner
  • Şou Biznes

Arvadına milyardlıq mirasdan heç nə vermədi – Ted Törnerin vəsiyyəti açıqlandı

User 13 Noyabr 2026 - 17:10
Hollivudun əfsanəvi aktrisası Ceyn Fonda keçmiş həyat yoldaşı, media maqnatı və CNN telekanalının qurucusu Ted Törnerin milyardlarla...
Read more about Arvadına milyardlıq mirasdan heç nə vermədi – Ted Törnerin vəsiyyəti açıqlandı
“Əqidəmi dəyişə bilmərəm” – Şvartsenegger Respublikaçılar Partiyasından niyə imtina etmir? svartsnegger
  • Dünya

“Əqidəmi dəyişə bilmərəm” – Şvartsenegger Respublikaçılar Partiyasından niyə imtina etmir?

User 13 Noyabr 2026 - 17:03
Avropa neftdən xilas olmaq istəyir, amma Çindən asılı vəziyyətə düşür – TƏHLİL yasil enerji esas
  • Sosial

Avropa neftdən xilas olmaq istəyir, amma Çindən asılı vəziyyətə düşür – TƏHLİL

User 13 Noyabr 2026 - 16:33
“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR Anar
  • Mədəniyyət

“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR

User 13 Noyabr 2026 - 16:25
Ev sahibi kirayəçini hansı halda evdən çıxara bilməz? – ŞƏRH menzil
  • Sosial

Ev sahibi kirayəçini hansı halda evdən çıxara bilməz? – ŞƏRH

User 13 Noyabr 2026 - 16:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.