İsrailin 12-ci kanalı ilk məlumatlarda insidentin iştirakçıları kimi təqdim etdiyi Rusiya və Ukrayna vətəndaşlarının həqiqətən də təyyarənin göyərtəsində olduqları bildirilir. İsrailin “Israel Hayom” qəzeti yazır ki, onların hər ikisi sərnişin kimi uçan pilotlar olub.
Məlumata görə, kabinədə baş verən insidentdən sonra həmin iki pilot idarəetməni öz üzərlərinə götürərək təyyarəni Səudiyyə Ərəbistanına endiriblər.
İsrail mediasının yazdığına görə, təyyarəni isə Oman və Birləşmiş Ərəb Əmirliklərindən olan pilotlar idarə ediblər. Pilotlardan birinin təyyarəni qəsdən qəzaya uğratmağa cəhd göstərdiyindən şübhələnilir.
Bununla yanaşı, Rusiyanın Dubaydakı Baş Konsulluğu “RİA Novosti”yə bildirib ki, ilkin məlumata görə, təyyarədə pilotlar arasında Rusiya vətəndaşı olmayıb.