Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

User 30 Sentyabr 2026 - 16:53
heyder bust

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin büstü zədələnib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 21-də baş verən hadisə ilə bağlı xarici ölkə vətəndaşı saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi üzrə araşdırma aparılır. Bu maddə özgə əmlakının mühüm zərər vurmaqla qəsdən zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur.

Saxlanılan şəxsin Ermənistan vətəndaşı olduğu onun vəkili tərəfindən təsdiqlənib. Vəkilin sözlərinə görə, yaşı 40-dan çox olan şəxs Tbilisiyə turist kimi gəlib və hazırda susmaq hüququndan istifadə edir. Məhkəmə tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda büst restavrasiya məqsədilə örtülüb. Məlumata görə, abidənin üz hissəsinin bir tərəfi zədələnib. Hadisənin hansı vasitə ilə törədildiyi və motivi hələlik açıqlanmayıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, hadisə ilə bağlı Gürcüstanın aidiyyəti qurumlarında istintaq və prosessual tədbirlər davam etdirilir, istintaqın nəticələrini gözləmək lazımdır.

AzPost.az

Post navigation

Previous: Təyyarəni rus və ukraynalı pilotlar xilas edib –
Next: Azərbaycanın “BORAN” bombardir PUA-sı ilk dəfə nümayiş etdirilib

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

pehriz qida
  • Maraqlı

Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept

User 14 Noyabr 2026 - 23:07
Arıqlamaq istəyən bir çox insan üçün axşam yeməyi əsl sınağa çevrilə bilər. Həm aclığı aradan qaldıran, həm...
Read more about Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept
“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı ramiz qizi
  • Sosial

“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı

User 14 Noyabr 2026 - 21:33
Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
Tramp İranla müharibənin başa çatdığını bildirib tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.