2026-cı ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərdən üçünün ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Valyuta.az xəbər verir ki, ən böyük azalma ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində qeydə alınıb. İdarənin ixracı 2026-cı ilin yanvar-avqust aylarında 207,3 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu göstərici
272,3 milyon dollar olub. Beləliklə, ixracın dəyəri 65 milyon dollar və ya 23,9% azalıb.
“SOCAR Polymer” MMC-nin ixracı 2026-cı ilin yanvar-avqustunda 175,6 milyon dollar olub. Ötən ilin eyni dövründə bu göstərici 190,5 milyon dollar təşkil edib. Şirkətin ixracı illik müqayisədə 14,9 milyon dollar və ya 7,8% azalıb.
“Azərbaycan Hava Yolları” QSC-nin ixracı isə 8,2 milyon dollar təşkil edib. 2025-ci ilin eyni dövründə 9,3 milyon dollar olan göstərici bir il ərzində 1,1 milyon dollar və ya 11,8% azalıb.