Ərdoğan Naxçıvan Sazişi ilə bağlı paylaşım etdi– “Birliyimiz əbədi olsun”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının yaranmasına zəmin yaradan Naxçıvan Sazişinin 17-ci ildönümü və Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə paylaşım edib.

Ərdoğan sosial media hesabında Türk dünyasına təbriklərini çatdırıb.

“Türk Dövlətləri Təşkilatımızın qurulmasını təmin edən Naxçıvan Sazişinin 17-ci ildönümünü və Türk Dövlətləri Əməkdaşlıq Gününü ən səmimi duyğularımla təbrik edirəm”, – Türkiyə Prezidenti bildirib.

Ərdoğan Türk dövlətləri arasında əməkdaşlıq və həmrəyliyin davamlı olmasını arzuladığını qeyd edib.

“Dildə, fikirdə, işdə birlik” şüarı ilə başlayan qardaşlıq yolunda birliyin, bərabərliyin və həmrəyliyin daim və möhkəm olmasını diləyirəm”, – deyə o yazıb.

Naxçıvan Sazişi 3 oktyabr 2009-cu ildə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən imzalanıb. Saziş Türk Dövlətləri Təşkilatının institusional əsaslarının formalaşmasında mühüm mərhələ hesab olunur.

Hazırda təşkilat türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Ərdoğanın paylaşımı da 3 oktyabrın Türk dövlətləri arasında əməkdaşlıq və həmrəylik baxımından əhəmiyyətini vurğulayan mesaj kimi diqqət çəkib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.