Süni intellekt sahəsində fəaliyyət göstərən ABŞ şirkəti SpaceXAI prezident Donald Trampın fərmanından sonra adını dəyişəcək.
Bu barədə SpaceX şirkətinin sahibi İlon Mask oktyabrın 4-də məlumat verib.
Sosial şəbəkə X-də istifadəçilərdən birinin bununla bağlı sualına cavab verən Mask “Bəli, belə bir dəyişiklik edəcəyik” – deyə yazıb.
SpaceXAI-nin adının dəyişdirilməsi qərarı ABŞ-da rəsmi sənədlərdə və ictimai kommunikasiyalarda “süni intellekt” ifadəsinin “superintellekt” termini ilə əvəzlənməsi barədə Trampın fərmanından sonra gündəmə gəlib.
Tramp sentyabrın 25-də “süni intellekt” əvəzinə “superintellekt” terminindən istifadə edilməsinin zəruri olduğunu bildirib. Onun sözlərinə görə, bu ifadə müasir texnologiyaları daha dəqiq xarakterizə edir.
ABŞ prezidenti bu fikirləri Vaşinqtonda Çin lideri Si Cinpinlə danışıqlardan sonra səsləndirib.