Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ İrana hücum etməkdən niyə çəkinir? – “Axios”

User 19 Noyabr 2026 - 16:54 (Last updated: 19 Noyabr 2026 - 16:54)
abs iran savas

ABŞ İranın cavab zərbəsindən və münaqişənin daha da genişlənməsindən ehtiyat etdiyi üçün Tehrana qarşı hərbi hücumları bərpa etməyə tələsmir.

Bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.

“Biz bir-birimizi genişmiqyaslı eskalasiyanın astanasına doğru itələyirik”, – deyə portal ABŞ rəsmisinin sözlərini sitat gətirib. Amerikalı rəsminin sözlərinə görə, Vaşinqton Tehrana qarşı iqtisadi təzyiq siyasətini kifayət qədər effektiv hesab edir. Buna görə də ABŞ hələlik genişmiqyaslı hərbi əməliyyatlardan çəkinir.

“Axios”un məlumatına görə, İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbərinin Vaşinqtona səfəri zamanı ABŞ tərəfinə İranın kimyəvi silahların tədqiqi və hazırlanması istiqamətində fəaliyyətini sürətləndirməsi barədə məlumat verildiyi ehtimal olunur.

Lakin amerikalı rəsmilər İsrailin təqdim etdiyi məlumatlara şübhə ilə yanaşıblar. Onlar hesab ediblər ki, Tehranın kimyəvi silahlarla bağlı kəşfiyyat məlumatları Vaşinqtona “öz ideyalarını irəli sürmək məqsədilə” təqdim edilib.

Noyabrın 16-da CNN telekanalı mənbələrinə istinadən ABŞ kəşfiyyatının İranın Vaşinqtonda “çirkli bomba” partlatmaq üçün mümkün planlar hazırladığı barədə məlumat əldə etdiyini bildirmişdi. İddialara görə, hücumun hədəfi ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri ola bilərdi.

Lakin daha sonra ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Markueyn Mallin belə bir hücumun mümkünlüyü ilə bağlı iddiaları təkzib edib.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: FIFA prezidentliyinə 3 namizəd açıqlandı – İnfantinonun rəqibləri kimlərdir?

Oxşar xəbərlər

trap putin si
  • Dünya

Kreml Putin-Si Cinpin-Tramp görüşünün bəzi təfərrüatlarını açıqladı

User 19 Noyabr 2026 - 15:29
tramp putin si gorus stol etrafi
  • Dünya

Rusiya, Çin və ABŞ dövlət başçıları Sülh haqqında Bəyannamə qəbul edib

User 19 Noyabr 2026 - 15:02
tramp putin si02
  • Dünya

Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş başa çatıb

User 19 Noyabr 2026 - 14:19

xƏBƏR

abs iran savas
  • Dünya

ABŞ İrana hücum etməkdən niyə çəkinir? – “Axios”

User 19 Noyabr 2026 - 16:54
ABŞ İranın cavab zərbəsindən və münaqişənin daha da genişlənməsindən ehtiyat etdiyi üçün Tehrana qarşı hərbi hücumları bərpa...
Read more about ABŞ İrana hücum etməkdən niyə çəkinir? – “Axios”
FIFA prezidentliyinə 3 namizəd açıqlandı – İnfantinonun rəqibləri kimlərdir? fifa kubok
  • İdman

FIFA prezidentliyinə 3 namizəd açıqlandı – İnfantinonun rəqibləri kimlərdir?

User 19 Noyabr 2026 - 16:23
Gənc aktyorlar niyə rayon teatrlarında işləməyə getmir? TEATR
  • Mədəniyyət

Gənc aktyorlar niyə rayon teatrlarında işləməyə getmir?

User 19 Noyabr 2026 - 16:03
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib Əsas foto (1)
  • Media

Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib

User 19 Noyabr 2026 - 15:50
Kreml Putin-Si Cinpin-Tramp görüşünün bəzi təfərrüatlarını açıqladı trap putin si
  • Dünya

Kreml Putin-Si Cinpin-Tramp görüşünün bəzi təfərrüatlarını açıqladı

User 19 Noyabr 2026 - 15:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.