1000 nəfər müəllimi əhatə edən növbəti ixtisasartırma təlimlərinə başlanılır

Bu il də Azərbaycan Müəllim İnkişafı Mərkəzi Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində yerli müəllimlər üçün ixtisasartırma təlimlərinə başlayır.

Bu barədə APA-ya Azərbaycan Müəllim İnkişafı Mərkəzindən məlumat verilib.

Bildirilib ki, builki ixtisasrtırma təlimlərinin mövzusu “Sinif idarəetməsi və müəllim liderliyi”dir. Təlimlərin ümumi müddəti 24 akademik saat təşkil edir.

İxtisasartırma təlimlərinə Bakı şəhəri (Yasamal, Nizami, Xəzər, Suraxanı, Binəqədi rayonları), Sumqayıt şəhəri, eləcə də Abşeron, Goranboy, Kürdəmir, Ucar, Zərdab, Şabran rayonları üzrə ümumilikdə 1 000 nəfər yerli müəllim cəlb olunub.

Təlimlər 10 oktyabr tarixində başlayaraq oktyabr ayının sonunadək davam edəcək və Avropa Azərbaycan Məktəbinin 36 nəfər yüksək ixtisaslı mütəxəssisi tərəfindən həyata keçiriləcək.

İxtisasartırma təlimlərinin sonunda müdavimlər qiymətləndirmədən keçəcək və təlimi uğurla başa vuran iştirakçılara müvafiq qaydada rəsmi sertifikatlar təqdim olunacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.