Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Özəl məhkəmə ekspertləri üçün icbari təlim başlayıb

User 05 Oktyabr 2026 - 14:16 (Last updated: 05 Oktyabr 2026 - 14:16)
rusiyamehkeme

Sentyabr ayının 28-dən etibarən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün onlayn icbari təlimə başlanılıb.

Bu barədə Azpost.info-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Təlimdə müxtəlif ali təhsil istiqamətləri üzrə 22 namizəd iştirak edir.

Tədris Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının akademik heyəti və Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin təcrübəli ekspertləri tərəfindən həyata keçirilir. İcbari təlim proqramına məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair nəzəri və praktiki mövzular daxildir.

Oktyabrın 22-dək davam edəcək təlimi uğurla başa vuran namizədlər növbəti mərhələ olan müsahibədə iştirak edəcəklər. Müsahibədən uğurla keçən namizədlərə müvafiq şəhadətnamələr veriləcək və onlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil ediləcəklər. Yalnız bundan sonra həmin şəxslər özəl məhkəmə eksperti kimi fəaliyyət göstərə biləcəklər.

Dövlət məhkəmə ekspertizası idarələri ilə yanaşı, özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması bu sahədə iş yükünün optimallaşdırılmasına, vətəndaşların seçim imkanlarının artırılmasına, xidmətlərin daha operativ göstərilməsinə şərait yaradacaq və ümumilikdə ədalət mühakiməsinin həyata keçirilməsinə  müsbət töhfə verəcəkdir.

AzPost.az

Post navigation

Previous: Neft 100 dolları keçib –
Next: Salyan fermerlərinin pambıq pulu niyə gecikir?

Oxşar xəbərlər

meleyke
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57
besir
  • Sosial

“QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub

User 19 Noyabr 2026 - 15:25

xƏBƏR

meleyke
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə kollektivə təqdim olunub. Yeni rektoru kollektivə elm və...
Read more about Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57
Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi putin valday
  • Dünya

Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi

User 19 Noyabr 2026 - 17:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.