Bu ilin yanvar-iyul aylarında Azərbaycana Rusiyadan 36,3 min dollar dəyərində 88 ton toxumluq arpa gətirilib.
Dövlət Statistika Komitəsi bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan alınan toxumluq arpanın miqdarı 374 ton (5,2 dəfə), dəyəri 153,9 min dollar (5,2 dəfə) azalıb.
Bu il bu ölkədən idxal edilən toxumluq arpanın bir tonunun orta qiyməti 700 manat olub. Ötən ilin eyni dövrü ilə qiymətdə dəyişiklik baş verməyib.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycana Rusiyadan 190, min dollar dəyərində 462 ton toxumluq arpa idxal edilmişdi.