Azərbaycanda avtomobil almaq üçün bank kreditindən istifadə edənlərə müxtəlif şərtlər təklif olunur. Banklardan asılı olaraq kreditin maksimal məbləği, müddəti, faiz dərəcəsi və tələb olunan ilkin ödəniş dəyişir. Bəzi banklar elektrik və hibrid avtomobillər üçün ayrıca faiz və ilkin ödəniş şərtləri də müəyyənləşdirib.
Təkliflər arasında seçim edərkən faiz dərəcəsi ilə yanaşı, kredit müddəti və ilkin ödəniş məbləğinin də nəzərə alınması vacibdir.
Valyuta.az bankların avtomobil kreditləri üzrə təkliflərini aşağıdakı cədvəldə təqdim edib:
| Bank | Məbləğ | Müddət | Faiz dərəcəsi | İlkin Ödəniş |
|---|---|---|---|---|
| Bank Respublika | Maks. 100.000 AZN | 59 ayadək | HEV/Petrol 12%-dən, EV 12.5%-dən başlayaraq | Min. 10% |
| Bank of Baku | Maks. 80.000 AZN | 6 – 36 ay | 15 – 20% | Min. 40 – 50% |
| ABB | Maks. 200.000 AZN | 60 ayadək | Elektrik avtomobillər üçün faiz dərəcəsi 13%-dən, hibridlər 13.5%-dən, digərləri isə 14%-dən başlayır. | Min. 10% |
| Turan Bank | 5.000 – 100.000 AZN | 3 – 48 ay | Elektrik 13 – 15,5% Hibrid 13,5% – 16% |
Elektrik 20 – 30% Hibrid 20 – 40% |
| Xalq Bank | Maks. 250.000 AZN | 59 ayadək | Min. 14%-dən | Min. 20% |
| AFB Bank | 10.000 – Maks. 100.000 AZN | 3 – 60 ay | Min. 14%-dən başlayaraq | – |
| Bank Avrasiya | 15.000 – 100.000 AZN | 59 ayadək | 12 – 16% | – |
| Yapı Kredi Bank Azərbaycan | Min. 3.000 AZN-dan | 3 – 59 ay | Min. 13% -dən başlayaraq | – |
| Ziraat Bank Azərbaycan | 0–12 aylıq avtomobillər üçün dəyərinin 60%-dək, 13–36 aylıq üçün isə 50%-dək |
24 ayadək | FİFD: min 18,04%, max 19,04% |