Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumata görə, Ermənistanın Baş naziri Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, ona ən xoş arzularını çatdırıb.
Tərəflər Ermənistan-Rusiya münasibətlərinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.