Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ömer Çelik: Türkiyə ilə Azərbaycan arasında münasibətləri ifadə edən yeganə söz qardaşlıqdır

User 07 Oktyabr 2026 - 21:28
ömer çelik

Türkiyə ilə Azərbaycan arasında hər hansı siyasi gərginlikdən söhbət gedə bilməz.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və sözçüsü Ömer Çelik Türkiyə ilə Azərbaycan arasında son günlər gərginliyin olduğu barədə iddialarla bağlı sualı cavablandırarkən deyib.

Ömer Çelik “İki dövlət, bir millət” prinsipini xatırladaraq bildirib ki, iki ölkənin daxili və xarici siyasətlə bağlı gündəmlərində fərqli məsələlər ola bilər:

“Azərbaycanla həqiqətən də bu prinsip əsasında bir-birimizə bağlıyıq. Nəticə etibarilə, hər kəsin öz daxili siyasi gündəmi fərqli ola, daxili və xarici siyasətlə bağlı müxtəlif yanaşmaları ola bilər. Bu məsələlərdə fikir ayrılığı yarandıqda da iki qardaş ölkə olaraq danışır, bütün bunları açıq ürəklə bölüşür və yolumuza davam edirik”.

AK Parti sözçüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında həqiqi qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb.

“Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var. Biz buna əsla imkan verməyəcəyik. İkinci məsələ odur ki, Türkiyə daxilində bəzi qrupların, sosial media şəbəkələrinin və müəyyən dairələrin Azərbaycanı əsassız şəkildə hədəfə aldığını görürük. Bunların partiyamız və hökumətimizlə hər hansı əlaqəsinin olması qətiyyən mümkün deyil”, – Çelik bildirib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında siyasi gərginliyin yaranmasına heç vaxt imkan verilməyəcək:

“Türkiyə ilə Azərbaycan arasında guya ixtilaf varmış kimi ab-hava yaradılmasına, qardaşlığımıza kölgə sala biləcək vəziyyətin formalaşdırılmasına heç bir şəkildə imkan vermərik. Bundan böyük narazılıq duyuruq. Cənab Prezident Ərdoğan və cənab Əliyev arasında təmaslar ən yüksək səviyyədə davam edir. Eyni zamanda, Azərbaycanda dövlət və siyasi strukturlardakı bütün həmsöhbətlərimizlə əlaqələrimiz davam edir”.

Ömer Çelik Türkiyə ilə Azərbaycan arasına girməyə çalışan qüvvələrin kənarda saxlanılacağını və siyasi müzakirələrin iki ölkə arasında gərginliyə çevrilməsinə imkan verilməyəcəyini vurğulayıb.

“Bəzi şəxslərin hərəkətlərini sanki partiyamız adından edirmiş kimi təqdim etməsinin bizimlə heç bir əlaqəsi yoxdur. Bir daha deyirəm: biz iki dövlət, bir millətik. Qardaşlığımız əbədi qardaşlıqdır. Bundan sonra da eyni qardaşlıq və həmrəyliklə yolumuza davam edəcəyik”, – AK Parti sözçüsü əlavə edib.

Çelik son dövrdə hər hansı yanlış anlaşılmanın qarşısını almaq məqsədilə tərəflər arasında təmasların da olduğunu qeyd edib:

“Bizim aramızdakı münasibəti ifadə edən yeganə söz qardaşlıqdır”.

AzPost.az

Post navigation

Previous: Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
Next: Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Oxşar xəbərlər

ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
ilham vyet prez
  • Siyasət

Prezidentlər geniş tərkibdə görüşdü

User 21 Noyabr 2026 - 12:27
ilham vyetnam
  • Siyasət

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib

User 21 Noyabr 2026 - 10:42

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.