Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib –

User 07 Oktyabr 2026 - 22:17
XİN

Bakıda Azərbaycan və Özbəkistan Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, oktyabrın 7-də keçirilən məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Konsulluq və hüquq idarəsinin rəis müavini Abduvaxit Tursunov rəhbərlik edib.

Görüşdə Azərbaycanın Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidmətinin, həmçinin Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər ədliyyə, təhsil, sərhəd, miqrasiya və digər sahələrdə əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Vətəndaşların hüquqlarının və müdafiəsinin təmin edilməsi məqsədilə qarşılıqlı müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Danışıqların sonunda Azərbaycan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri görüşün protokolunu imzalayıblar.

Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib - FOTO Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib - FOTO

AzPost.az

Post navigation

Previous: Tramp maraqlar toqquşması aşkarlanarsa iki müşavirinin xidmətindən imtina edəcəyini bildirib
Next: Avropa Parlamentinin 70-ə yaxın deputatı Gürcüstan rəsmilərinə sanksiya tətbiq etməyə çağırıb

Oxşar xəbərlər

ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
ilham vyet prez
  • Siyasət

Prezidentlər geniş tərkibdə görüşdü

User 21 Noyabr 2026 - 12:27
ilham vyetnam
  • Siyasət

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib

User 21 Noyabr 2026 - 10:42

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.