Azərbaycanlı professor Mirzə Məmmədovun memarlıq rəsmi üzrə kitabı nəşr olunub

WhatsApp Image 2026-10-18 at 15.52.17

Azərbaycanlı rəssam, qrafik, monumental rəssam və pedaqoq, N.S. Alferov adına Ural Dövlət Memarlıq-Bədii Universitetinin (UrQAXU) rəsm kafedrasının professoru. Mirzə Əvəz oğlu Məmmədovun “Memarlıq rəsminin texnikası və üsulları” kitabı nəşr olunub.

Bu tədris-metodiki vəsait klassik akademik rəsm məktəbinin fundamental qanunlarına əsaslanan müəllif metodikasını əhatə edir. Kitabda karandaşla rəsm çəkmə texnikasının mənimsənilməsi, ştrix, xətt və tonla işləmək üzrə sistemli yanaşma və tövsiyələr təqdim olunur. Bu üsullar həcm-məkan təfəkkürünün inkişafı və kompozisiyanın qurulması üçün zəruridir.

Tədris materialı yaşa uyğun didaktik mürəkkəblik prinsipi əsasında ardıcıl şəkildə tərtib edilmiş praktiki tapşırıqlar kompleksi formasında təqdim olunur. Bu yanaşma rəsm texnikasının mərhələli şəkildə mənimsənilməsinə və bədii təfəkkürün inkişafında sürətli irəliləyişə kömək edir.

Nəşr yüksək əyaniliyi ilə seçilir. Nəzəri kurs müəllifin unikal qrafik materialları, eləcə də peşəkar müsabiqələrdə mükafatlara layiq görülmüş ən yaxşı tələbə işlərinin nümunələri ilə zənginləşdirilib. Kitaba Azərbaycanın qədim tarixini əks etdirən Qobustan qaya rəsmlərininin fotoları da salınıb. Bu qaya rəsmlərinin ştrix və texnikası barədə məlumat verilib.

M. Məmmədovun müəllif metodikası rəsm üzrə ciddi akademik məktəbi tələbələrin qeyri-standart yaradıcı təfəkkürünün inkişafı və onların fərdi potensialının üzə çıxarılması ilə ahəngdar şəkildə birləşdirir.

Kitab memarlıq və incəsənət ali təhsil müəssisələrinin tələbələri, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər, həmçinin qrafik savadını mənimsəməyə və rəsm vasitəsilə canlı, ifadəli bədii obraz yaratmağı öyrənməyə çalışan hər kəs üçün nəzərdə tutulub.

Rəssamın rəhbərliyi altında hazırlanmış onlarla tələbə işi ümumrusiya və beynəlxalq müsabiqələrin diplomlarına layiq görülüb. Professor Mirzə Məmmədov 2003-cü ildən Rusiya Rəssamlar İttifaqının üzvüdür. 2011-ci ildə Rusiya Rəssamlıq Akademiyasının medalı ilə təltif olunub.

 

AzPost.az