Ərdoğandan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik

erdoqan tebrik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Ərdoğan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Dost və qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Gününü ölkəm və millətim adından ürəkdən təbrik edirəm.

Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz azərbaycanlı türk qardaşlarıma salamlarımı çatdırıram”, – Türkiyə lideri qeyd edib.

AzPost.az