Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya 74 yaşlı amerikalını həbsdən azad etdi – Putin Uitkoffla görüşdə açıqladı

User 21 Oktyabr 2026 - 14:00 (Last updated: 21 Oktyabr 2026 - 14:00)
xabbard

Rusiyada muzdlu döyüşçülükdə ittiham olunaraq həbs edilən 74 yaşlı ABŞ vətəndaşı Stiven Habbar azadlığa buraxılıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı məlumat verib.

Putinin sözlərinə görə, Habbar artıq Sankt-Peterburqdakı Pulkovo hava limanındadır.

Habbar 2022-ci ilin aprelində əsir götürülüb. İstintaqın versiyasına görə, o, 2022-ci ilin fevralında Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində ərazi müdafiəsi bölməsi ilə aylıq 1 000 dollar müqabilində müqavilə bağlayıb, təlim keçib və silah alıb.

2024-cü il oktyabrın 7-də Moskva Şəhər Məhkəməsi muzdlu döyüşçülük işi üzrə Habbarı Rusiya Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində 6 il 10 ay müddətinə azadlıqdan məhrum edib.

Həbsdə olduğu müddətdə onun qəddar rəftara məruz qaldığı bildirilir.

AzPost.az

Post navigation

Previous: Putinlə Uitkoffun görüşü başladı – Zelenskinin təklifləri müzakirə olunacaq?
Next: Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib

Oxşar xəbərlər

putin uitkof iclas
  • Dünya

Putin Uitkoffla görüşdə nə təklif etdi? – ABŞ-a dizel və gübrə tədarükü açıqladı

User 21 Oktyabr 2026 - 15:22
der leyen
  • Dünya

Avropa İttifaqından Rusiyaya sərt mesaj – Enerji sanksiyaları nə vaxt ləğv ediləcək?

User 21 Oktyabr 2026 - 14:08
putin uitkof
  • Dünya

Putinlə Uitkoffun görüşü başladı – Zelenskinin təklifləri müzakirə olunacaq?

User 21 Oktyabr 2026 - 13:49
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.