Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin Uitkoffla görüşdə nə təklif etdi? – ABŞ-a dizel və gübrə tədarükü açıqladı

User 21 Oktyabr 2026 - 15:22 (Last updated: 21 Oktyabr 2026 - 15:22)
putin uitkof iclas

Oktyabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Konstantin sarayında Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş keçirilib.

Görüş zamanı Putin Ukraynadakı müharibənin dayandırılması, Rusiya-ABŞ münasibətlərinin bərpası, Yaxın Şərqdəki vəziyyət və İran ətrafında yaranmış böhran barədə danışıb. Rusiya prezidenti, həmçinin ABŞ-a dizel yanacağı və gübrə tədarükü imkanlarından bəhs edib.

Putin Uitkoffu Sankt-Peterburqda salamlamaqdan məmnun olduğunu bildirib və onun bir gün əvvəl Norveçdə keçirdiyi görüşün nəticələri ilə maraqlandığını deyib. Rusiya prezidenti ABŞ Prezidenti Donald Trampa Ukrayna böhranının nizamlanmasına göstərdiyi diqqətə görə təşəkkür edib.

Putinin sözlərinə görə, Tramp bu məsələyə, ilk növbədə, humanitar mülahizələr baxımından xüsusi diqqət yetirir və tərəflər arasında itkilərin qarşısının alınmasının vacibliyini vurğulayır.

“Bu münaqişəni dayandırmaq lazımdır”, – deyə Putin Trampın telefon danışıqlarında bu məsələyə xüsusi diqqət ayırdığını qeyd edib.

O bildirib ki, problem yalnız hərbçilər arasında itkilərlə məhdudlaşmır, mülki əhali də əziyyət çəkir.

Putin ABŞ prezidentinin həyat yoldaşı, birinci xanım Melaniya Trampa da humanitar məsələlərin həllinə verdiyi töhfəyə görə təşəkkürün çatdırılmasını xahiş edib.

Rusiya ABŞ-la iqtisadi əlaqələri bərpa etmək istəyir

Rusiya prezidenti Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətlərin bərpası və təmasların genişləndirilməsi məsələlərinin də müzakirə oluna biləcəyini bildirib. Onun sözlərinə görə, iqtisadi əməkdaşlıq da bu müzakirələrin mühüm istiqamətlərindən biri ola bilər.

Putin, həmçinin Uitkoffla Yaxın Şərqdə və İran ətrafında yaranmış vəziyyət barədə fikir mübadiləsi aparmaq istədiyini deyib. Rusiya prezidentinin sözlərinə görə, Moskva ilə Tehran arasında onilliklər ərzində formalaşmış xüsusi və etibarlı münasibətlər mövcuddur. O, böhranın nizamlanmasına töhfə verə biləcəkləri təqdirdə, bunu məmnuniyyətlə edəcəklərini bildirib.

Putin tərəflərin mümkün görüşün Çin Xalq Respublikasında keçirilməsi məsələsini də müzakirə edə biləcəyini qeyd edib.

Putin ABŞ-a dizel və gübrə tədarükündən danışdı

Görüşdə iqtisadi əməkdaşlıqla bağlı məsələlərdən biri də ABŞ-a yanacaq tədarükü olub. Putin bildirib ki, ABŞ-a dizel yanacağının tədarükü barədə açıqlamalardan sonra dünya bazarlarında dizelin qiyməti dərhal 5–6 faiz azalıb. Onun sözlərinə görə, Rusiya artıq yanacağın göndərilməsinə hazırlaşır və bir neçə tanker yola salınacaq. Putin ilk tankerin iki-üç gün ərzində yola düşəcəyini, onun 40 min ton dizel daşıyacağını bildirib. Sonrakı tankerlərin də ardıcıl şəkildə göndərilməsi planlaşdırılır.

Rusiya prezidenti tədarükün həyata keçirilməsi üçün maliyyə məsələlərinin təmin edilməsinin vacibliyini vurğulayıb. Putin ABŞ fermerləri üçün gübrə tədarükü imkanlarına da toxunub. O bildirib ki, Rusiya Amerika bazarına böyük həcmdə gübrə göndərə bilər.

AzPost.az

Post navigation

Previous: “Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb
Next: “Azərbaycanla Ermənistan sülhdə maraqlıdır” – Mirzoyan

Oxşar xəbərlər

zelenski
  • Dünya

Zelenski münaqişənin cəbhə xətti boyu dondurulmasına razıdır

User 21 Oktyabr 2026 - 16:02
Ermənistanın
  • Dünya

“Azərbaycanla Ermənistan sülhdə maraqlıdır” – Mirzoyan

User 21 Oktyabr 2026 - 15:38
der leyen
  • Dünya

Avropa İttifaqından Rusiyaya sərt mesaj – Enerji sanksiyaları nə vaxt ləğv ediləcək?

User 21 Oktyabr 2026 - 14:08

xƏBƏR

axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23
SSRİ zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı keçirilimiş tədbirin nadir video görüntüləri yayılıb. Azpost.info bildirir ki,...
Read more about SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO
Zelenski münaqişənin cəbhə xətti boyu dondurulmasına razıdır zelenski
  • Dünya

Zelenski münaqişənin cəbhə xətti boyu dondurulmasına razıdır

User 21 Oktyabr 2026 - 16:02
“Azərbaycanla Ermənistan sülhdə maraqlıdır” – Mirzoyan Ermənistanın
  • Dünya

“Azərbaycanla Ermənistan sülhdə maraqlıdır” – Mirzoyan

User 21 Oktyabr 2026 - 15:38
Putin Uitkoffla görüşdə nə təklif etdi? – ABŞ-a dizel və gübrə tədarükü açıqladı putin uitkof iclas
  • Dünya

Putin Uitkoffla görüşdə nə təklif etdi? – ABŞ-a dizel və gübrə tədarükü açıqladı

User 21 Oktyabr 2026 - 15:22
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb naxcivan
  • Sosial

“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb

User 21 Oktyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.