SSRİ zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı keçirilimiş tədbirin nadir video görüntüləri yayılıb.
Azpost.info bildirir ki, görüntüləri tanınmış jurnalist Əziz Rzabəyli təqdim edib.
Kadrlarda 1990-cı il mayın 28-də Bakıda AXC-nin elan edilməsinin 72-ci ildönümü göstərlir. Sovet İttifaqının Mərkəzi Televiziyasının “Vremya-Zaman” proqramı üçün hazırlanmış sujetdə AMEA-nın Əlyazmalar İnstitunun qarşısnda toplaşanlar əks edilib.
Burada AXC sədri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyi, Şeyxülislam Allahşükür Paşazadəni və digərlərini görmək olur.
Sujetdə Azərbaycanda ilk dəfə müstəqil dövlətçiliyin yaradılmasının qeyd olunduğu vurğulanır.
Bu, Bakıda 1990-cı ildə sovet ordusu tərəfindən törədilmiş 20 yanvar qırğınından sonra ilk siyasi aksiya olub. Sujetin SSRİ-nin Mərkəzi Televiziası ilə nümayiş olunması da diqqəti çəkir.
Azpost.info kadrları təqqdim edir:







