Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33 (Last updated: 21 Oktyabr 2026 - 17:33)
bel aqrisi

Reabilitasiya həkimi Min Yu bel ağrısı zamanı tam hərəkətsiz qalmağı ən böyük səhvlərdən biri adlandırıb.

Terra nəşrinin yazdığına görə, ağrı başlayanda narahatlıq tam keçənədək istirahət etmək ən yaxşı seçim kimi görünə bilər. Lakin həkim bunun düzgün yanaşma olmadığını bildirir.

“Belə hallarda nisbi istirahət tövsiyə olunur. Ancaq bu, tam hərəkətsizlik demək deyil, çünki bu, vəziyyəti hər zaman yaxşılaşdırmır. Ağrını artıran hərəkətlərdən müvəqqəti uzaq durmaq, eyni zamanda orqanizmin imkanlarını nəzərə alaraq yüngül hərəkətləri davam etdirmək məsləhətdir”, – deyə həkim izah edib.

Mütəxəssisin sözlərinə görə, ağrı, məsələn, idman zamanı yaranarsa, bərpa prosesi başa çatana qədər məşqləri dayandırmaq lazımdır.

Min Yu bildirib ki, bel ağrısının səbəbi əzələlərin dartılması, fəqərəarası disk yırtığı, onurğa oynaqlarının artriti və ya oma-qalça oynağının qıcıqlanması ola bilər. Daha nadir hallarda ağrı fəqərənin sınığı ilə əlaqəli olur.

Ağrının hansı nahiyədə hiss edilməsi və hansı hərəkətlər zamanı güclənməsi həkimə səbəbi müəyyənləşdirməyə kömək edir. Məsələn, irəli əyilərkən ağrının artması fəqərəarası disklə bağlı problemə, arxaya əyilərkən güclənməsi isə onurğa oynaqlarındakı narahatlığa işarə edə bilər.

Bel ağrısını evdə necə yüngülləşdirmək olar?

Həkimlər nisbi istirahətlə yanaşı, ağrının ilk günlərində soyuq kompresdən, sonrakı mərhələdə isə istidən istifadə etməyi tövsiyə edirlər.

Ağrıkəsici dərmanlar da kömək edə bilər. Lakin böyrək xəstəlikləri, mədə xorası, ürək-damar problemləri və ya qaraciyər xəstəlikləri olan insanlar bu preparatlardan istifadə edərkən xüsusilə ehtiyatlı olmalıdırlar.

Dərman qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Bel ağrısı güclüdürsə, davam edirsə və ya ayaqlarda zəiflik, keyimə, sidik və ya nəcis saxlamaqda çətinlik kimi əlamətlərlə müşayiət olunursa, təcili tibbi yardım almaq lazımdır.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb
Next: “Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq?

Oxşar xəbərlər

axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23
emoji
  • Araşdırma

İnsanların əsl hisslərini üzündən, yoxsa səsindən anlamaq daha asandır?

User 21 Oktyabr 2026 - 11:12
bus heyder
  • Araşdırma

Heydər Əliyev 26 il əvvəl Corc Buşun rançosunda

User 10 Oktyabr 2026 - 17:10

xƏBƏR

putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30
Rusiya noyabr ayında Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazırdır. Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə...
Read more about Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA
“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq? Şahdəniz
  • Baş Yazı

“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq?

User 21 Oktyabr 2026 - 18:14
Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb putin uitkof iclas
  • Dünya

Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb

User 21 Oktyabr 2026 - 17:27
İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır gulmek
  • Sosial

İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır

User 21 Oktyabr 2026 - 17:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.