İsveç kralı XVI Karl Qustav Ukrayna Prezidenti Volodimir Zelenski ilə əl sıxmaqdan imtina edib.
Bu barədə Aftonbladet qəzeti məlumat yayıb.
Kadrlarda Zelenskinin bir neçə dəfə krala əl uzatdığı görünür. Lakin monarx Ukrayna liderini yalnız şifahi şəkildə salamlayıb.
Etiket qaydalarına əsasən, əl sıxmaq təşəbbüsü məhz monarxdan gəlməlidir. Lakin Zelenski bu qaydaya əməl etməyib. Kralın əvvəlcədən müvafiq jesti olmadan ona əl uzatmaq protokolun pozulması hesab edilir.
