Ukraynadakı münaqişə yalnız diplomatik yolla başa çata bilər.
ABŞ dövlət katibi Marko Rubio India Today telekanalına müsahibəsində belə deyib. Onun sözlərinə görə, ABŞ özünü Kiyev və Moskva arasında vasitəçi kimi görür.
“Bu münaqişə yalnız diplomatik yolla başa çata bilər”, – deyə Rubio bildirib.
O əlavə edib ki, Ukrayna ilə Rusiya arasındakı qarşıdurmanı sadə yolla bitirmək mümkün deyil.
ABŞ dövlət katibi qeyd edib ki, tərəflər bir raund danışıqlarda bütün məsələlər üzrə razılığa gələ bilməyəcəklər. Bununla belə, onun fikrincə, ölkələr arasında dialoqun davam etməsi vacibdir.
