Bu səfəri çox önəmli hesab edirik.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hindistan xarici işlər naziri Subramanyam Cayşankarla keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, son illər ərzində bir sıra məsələlərlə bağlı iki ölkə arasında fikir müxtəlifliyi olub: “Bu da ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa təsir edirdi. Bu gün biz açıq və konstruktiv şəkildə bu məsələləri müzakirə etdik. Bu müzakirənin nəticələrini qısa müddətdə görəcəyik”.
Ceyhun Bayramov qeyd edib ki, bugünkü danışıqlar yeni əməkdaşlıq imkanlarına yol açacaq.
Onun sözlərinə görə, iki ölkə arasında mövcud olan iqtisadi əməkdaşlıq imkanları barədə də müzakirə aparılıb.
“Bu ilin ilk 6 ayı ərzində ticarət dövriyyəmiz 600 milyon ABŞ dolları civarındadır. Bu iki ölkənin potensialını əks etdirmir”, – XİN rəhbəri vurğulayıb. / APA/
