Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20 (Last updated: 24 Oktyabr 2026 - 14:52)
qht mina01

“Çıraq Humanitar və İnkişaf” İctimai Birliyi Ağdam rayonunda “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsinə həsr olunmuş yekun tədbirini reallaşdırıb.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə uğurla icra edilib.

Yekun görüşdə çıxış edən layihə rəhbəri Nadir Cəfərov tədbir iştirakçılarına görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin təhlükəsizliyini təmin etmək və əhali arasında mina xəbərdarlığı mədəniyyətini yüksəltməkdir.

Layihə çərçivəsində keçmiş təmas xəttinə yaxın olan və risk təşkil edən yaşayış məntəqələrində – Ağdam şəhəri, Ağdamın Xıdırlı və Əfətli kəndləri, Ağcabədi rayonunun Hacılar kəndi, eləcə də Füzuli şəhərində sakinlər üçün genişmiqyaslı səyyar maarifləndirici görüşlər və tədbirlər təşkil olunub.

Sakinlərə mina və partlamamış hərbi sursatlarla rastlaşdıqda davranış qaydaları izah edilib və onlara xəbərdaredici materiallar paylanılıb.

Tədbir müzakirələr və layihənin gələcək perspektivlərinin qiymətləndirilməsi ilə başa çatıb.

AzPost.az

Post navigation

Previous: Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları
Next: Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

Oxşar xəbərlər

Screenshot
  • QHT

Yaşıl enerji və iqlim dəyişiklikləri mövzusunda növbəti tədbir keçirilib

User 23 Oktyabr 2026 - 12:46
qht haq01
  • QHT

Əbdürrəhim bəy Haqverdiyevin “Secilmis Əsərləri” ingilis dilində nəşr olunub

User 22 Oktyabr 2026 - 11:42
qht ces01
  • QHT

QHT-lər üçün rəqəmsal kommunikasiya strategiyası üzrə təlim keçirilib

User 15 Oktyabr 2026 - 14:28

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.