Bill Qeyts “Microsoft”dan getdi –Direktorlar şurasının sədri postundan istefa verib

Bill Qeyts 1975-ci ildə əsasını qoyduğu kompüter texnologiyası korporasiyası olan “Microsoft”un rəhbərliyindən istefa barədə qərara gəlib.

Bu barədə o, “Linkedin” hesabında məlumat verib.

64 yaşlı B.Qeyts xeyriyyəçilik fəaliyyətinə daha çox zaman ayırmağı planlaşdırdığını, xüsusən də Bill və Melinda Qeyts fondu vasitəsilə bunu həyata keçirəcəyini bildirib.

Bill Qeyts qlobal sağlamlıq və inkişaf, təhsil, iqlim dəyişikliyi ilə mübarizənin onun xeyriyyəçilik prioritetləri sırasında olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Operativ Qərargah:

Sonrakı məqalə

“İçərişəhər”dəki muzeylərin fəaliyyəti dayandırılıb