Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi Muhammed Emin Yıldırım saxlanılıb. O, sosial şəbəkələrdəki paylaşımlarına görə İstanbul polisi tərəfindən saxlanılıb.
Bu barədə “Köklü Değişim” jurnalının rəhbərliyi məlumat yayıb.
Hadisə 21 oktyabr 2026-cı ildə Azərbaycan Xarici İşlər Nazirliyinin 31 Türkiyə vətəndaşını arzuolunmaz şəxs – persona non grata elan etməsindən bir neçə gün sonra baş verib.
Həmin şəxslərin Azərbaycanın suverenliyinə qarşı çağırışlar etdikləri bildirilib. Muhammed Emin Yıldırım da rəsmi qərarla Azərbaycana girişi qadağan edilən şəxslərin siyahısına daxil edilib.
Yıldırımın İstanbulda saxlanılmasının konkret hüquqi səbəbləri, ona qarşı irəli sürülən mümkün ittihamlar və iş üzrə sonrakı qərar barədə təqdim olunan məlumatda əlavə təfərrüat açıqlanmayıb.
