Borca görə
Oktyabrın 28-də Azərbaycanda polis tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində axtarışda olan 119 nəfər saxlanılıb. Onlardan 94-ü borclu şəxs qismində axtarışda olanlardır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ötən gün ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin edilib.
Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 10 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 9 fakt müəyyən edilib.
Bundan başqa, ailə üzvlərinə məlumat vermədən yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
