Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

User 04 Noyabr 2026 - 17:56
soyutma

Millik Kibertəhlükəsizlik Agentliyi (MKA) soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edir.

Millik Kibertəhlükəsizlik Agentliyindən  verilən məlumata görə, son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeydə alınıb: “11 oktyabr 2026-cı il tarixində Fransada yüzlərlə supermarketin bu hücumlardan zərər çəkdiyi, 2 noyabr tarixində isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada oxşar insidentlərin baş verdiyi bildirilir. Təhlükənin təsir dairəsi ticarət sektoru ilə məhdudlaşmır. Fransanın qan banklarından birində istifadə olunan soyutma avadanlığına müdaxilə edilməsi barədə məlumatlar bu cür hücumların səhiyyə sahəsi üçün də risk yaratdığını göstərir.

Hücumlar zamanı kiberdələduzlar soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə icazəsiz giriş əldə edərək onları əridilmə (defrost) rejiminə keçirir və ya temperatur göstəricilərini 50°C-dək yüksəldirlər. İnsidentlərin əsasən gecə saatlarında baş verməsi müdaxilənin səhər saatlarınadək aşkarlanmamasına, nəticədə isə saxlanılan məhsulların yararsız hala düşməsinə səbəb olur.

Hücumların əsas hədəfləri internet üzərindən birbaşa əlçatan olan idarəetmə interfeysləridir. Bu çərçivədə istehsalçı dəstəyini itirmiş “Danfoss AK-SM 800” və “AK- SC 355” modelləri, köhnəlmiş proqram təminatı ilə işləyən “AK-SM 800A” kontrollerləri, eləcə də “Copeland XWEB” və “Dixell XWEB” sistemləri diqqət mərkəzindədir. İlkin qiymətləndirmələrə əsasən, insidentlərə səbəb olan əsas zəifliklər arasında standart giriş məlumatlarının dəyişdirilməməsi və proqram təminatının vaxtında yenilənməməsi yer alır.

Bu cür müdaxilələrin nəticələri yalnız maddi itkilərlə məhdudlaşmır. Temperatur rejiminin pozulması avadanlıqların sıradan çıxmasına, yanğın riskinin yaranmasına, həmçinin dərman vasitələrinin və digər tibbi məhsulların tələb olunan saxlanma şəraitinin pozulmasına səbəb ola bilər.

Milli Kibertəhlükəsizlik Agentliyi təşkilatları avtomatlaşdırılmış idarəetmə sistemlərinə, xüsusilə soyutma sistemlərinə yönəlmiş kiberhücum riskəri ilə bağlı ehtiyatlı olmağa çağırır”,- qurumun məlumatında qeyd olunur.

AzPost.az

Post navigation

Previous: Qarlı meşədə günlərlə itkin düşən 6 yaşlı uşaq tapıldı
Next: Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı

Oxşar xəbərlər

felaket
  • Sosial

33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?

User 04 Noyabr 2026 - 18:36
usaq itkin
  • Sosial

Qarlı meşədə günlərlə itkin düşən 6 yaşlı uşaq tapıldı

User 04 Noyabr 2026 - 17:17
yol yaqis
  • Sosial

Bakıda noyabrın 9-na qədər yağış yağacaq – temperatur 10 dərəcəyədək enəcək

User 04 Noyabr 2026 - 14:43

xƏBƏR

abs secki
  • Dünya

ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi?

User 04 Noyabr 2026 - 18:50
Müxtəlif ölkələrin hökumətləri və siyasətçiləri ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsinə münasibət bildiriblər. Onlar bu nəticələrin...
Read more about ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi?
33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır? felaket
  • Sosial

33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?

User 04 Noyabr 2026 - 18:36
Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı peskov
  • Dünya

Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı

User 04 Noyabr 2026 - 18:22
Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ soyutma
  • Sosial

Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

User 04 Noyabr 2026 - 17:56
Qarlı meşədə günlərlə itkin düşən 6 yaşlı uşaq tapıldı usaq itkin
  • Sosial

Qarlı meşədə günlərlə itkin düşən 6 yaşlı uşaq tapıldı

User 04 Noyabr 2026 - 17:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.