Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi?

User 04 Noyabr 2026 - 18:50
abs secki

Müxtəlif ölkələrin hökumətləri və siyasətçiləri ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsinə münasibət bildiriblər. Onlar bu nəticələrin beynəlxalq ticarətə, təhlükəsizliyə və enerji daşıyıcılarının qiymətlərinə mümkün təsirlərini qeyd ediblər.

“Reuters” agentliyi Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrinin nümayəndələrinin açıqlamalarını dərc edib.

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, amerikalı seçicilər insanları yoxsullaşdıran siyasətə, nifrətə, seksizmə, iqlim dəyişikliklərini inkar edən yanaşmaya və elitaların imtiyazlarına qarşı çıxıblar. O, bu nəticələri Braziliyada keçirilən seçkilərlə müqayisə edib və İspaniyada da oxşar siyasi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırıb.

Norveçin Baş naziri Yonas Qar Störe seçkilərin nəticəsini ABŞ seçicilərinin əhval-ruhiyyəsinin dəyişdiyini göstərən güclü siyasi siqnal adlandırıb. Onun sözlərinə görə, ABŞ siyasətində iqlim, xarici siyasət və inkişaf etməkdə olan ölkələrə yardım məsələlərində Norveçin mövqeyinə daha yaxın səslər eşidilməyə başlayıb.

Avropa Parlamentinin vitse-prezidenti Kristel Şaldemose ehtiyatlı nikbinlik nümayiş etdirərək Demokratların qələbəsinin Ukraynaya dəstəyin güclənməsinə, ekoloji keçidin sürətlənməsinə və digər ölkələrlə münasibətlərin yaxşılaşmasına töhfə verə biləcəyini bildirib. Bununla yanaşı, o, Avropa İttifaqının müstəqilliyini gücləndirməyə davam etməli olduğunu vurğulayıb.

Belçikanın müdafiə naziri Teo Franken isə ölkə daxilindəki siyasi qütbləşmə səbəbindən yaxın illərdə ABŞ-ı idarə etməyin son dərəcə çətin olacağını xəbərdar edib. O, Avropa üçün əsas məsələlər sırasında ticarət siyasətini, Ukraynaya dəstəyi və NATO ilə münasibətləri göstərib.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa seçkilərin nəticələrinin beynəlxalq münasibətlərdə yeni dövrün başlanmasına səbəb ola biləcəyini bildirib.

Yaponiya, Yunanıstan və Tayvan nümayəndələri isə səsvermənin nəticələrinin Vaşinqtonla münasibətlərinin əsaslarını dəyişməyəcəyini vurğulayıblar. Tokio ABŞ-Yaponiya ittifaqını özünün xarici siyasət və təhlükəsizlik strategiyasının təməl daşı adlandırıb.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskvanın Ukrayna və digər beynəlxalq məsələlərlə bağlı siyasəti ABŞ-dakı siyasi dəyişikliklərdən asılı deyil.

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə səsvermənin nəticələrini amerikalıların müharibəyə qarşı çıxması kimi qiymətləndirib.

Çexiyanın Baş naziri Andrey Babiş Demokratların qələbəsinin ABŞ-da siyasi iflicə səbəb ola biləcəyini ehtimal edib. Onun fikrincə, bu vəziyyət impiçment uğrunda mübarizə və prezident vetoları ilə müşayiət oluna bilər.

Bununla yanaşı, Babiş Donald Trampın Ukraynadakı müharibəni başa çatdırmaq və Hörmüz boğazındakı münaqişəni nizamlamaq vədinə qayıdacağına ümid etdiyini bildirib.

Fransanın maliyyə naziri Roland Leskyur qeyd edib ki, indi Tramp öz siyasətinə düzəlişlər etməyə hazır olub-olmadığına qərar verməlidir. Xüsusilə amerikalıların benzinin qiymətlərindən və onun beynəlxalq siyasətindən narazı olması nəzərə alınmalıdır.

“Reuters”in məlumatına görə, Demokratlar ABŞ Konqresinin hər iki palatasında çoxluğu əldə ediblər. Bununla belə, Donald Tramp prezident olaraq qalır və xarici siyasət sahəsində mühüm səlahiyyətlərini qoruyub saxlayır.

Nadir Talıblı

AzPost.az

Post navigation

Previous: 33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?
Next: Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi

Oxşar xəbərlər

peskov
  • Dünya

Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı

User 04 Noyabr 2026 - 18:22
mucteba xameneyi
  • Dünya

Xameneyi ABŞ-ı təhdid etdi

User 04 Noyabr 2026 - 16:44
senator sayed
  • Dünya

Trampın “cihadçı” adlandırdığı namizəd senator seçildi – ABŞ-da İlk müsəlman senator olacaq

User 04 Noyabr 2026 - 13:56

xƏBƏR

nar denesi
  • Maraqlı

Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi

User 04 Noyabr 2026 - 19:27
Qidalanma mütəxəssisləri meyvələri gəncliyin və gözəlliyin qorunmasına kömək edən əsas qida mənbələrindən biri hesab edirlər. Faydalı və...
Read more about Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi
ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi? abs secki
  • Dünya

ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi?

User 04 Noyabr 2026 - 18:50
33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır? felaket
  • Sosial

33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?

User 04 Noyabr 2026 - 18:36
Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı peskov
  • Dünya

Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı

User 04 Noyabr 2026 - 18:22
Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ soyutma
  • Sosial

Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

User 04 Noyabr 2026 - 17:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.