Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

İstilik dalğaları 6 ay davam edə bilər – Alimlərdən qorxulu iqlim proqnozu

User 05 Noyabr 2026 - 18:25 (Last updated: 05 Noyabr 2026 - 18:25)
isti hava

Gələcəkdə istilik dalğaları son illərdə bəşəriyyətin üzləşdiyi anomal isti dövrlərdən daha amansız olacaq. Müxtəlif bölgələrdə 2015–2023-cü illər ərzində baş vermiş doqquz böyük istilik dalğasını təhlil edən iqlimşünaslar bu qənaətə gəliblər.

Azpost.info bildirir ki, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub.

Alimlər istilik dalğası dedikdə temperaturun ən azı üç gün ardıcıl olaraq yerli iqlim göstəricilərinin 90 faizindən yüksək olduğu dövrü nəzərdə tutublar. Seçilmiş doqquz istilik dalğasının hər biri XXI əsr üçün modelləşdirilmiş hadisələrlə altı meyar üzrə müqayisə edilib. Bu meyarlara istilərin davametmə müddəti, əhatə etdiyi ərazi, toplanmış istilik və intensivlik daxildir.

İqlimşünasların proqnozlarına görə, hətta ən yumşaq ssenaridə belə, yəni atmosferə karbon qazı emissiyalarının aşağı səviyyədə saxlanıldığı halda ciddi problemlər yaranacaq. Doqquz bölgənin beşində istilik dalğaları ardıcıl olaraq altı aya qədər davam edə bilər. Bu dövrlərin bir çoxunda toplanan istilik indiki anomal isti dalğalarla müqayisədə iki dəfə çox olacaq.

Emissiyaların yüksək səviyyədə qalacağı təqdirdə isə istilik dalğalarının gətirdiyi istilik yükü indiki göstəricidən beş dəfə çox ola bilər.

Əgər ölkələr qlobal istiləşməni 2,6–2,8 dərəcə Selsi səviyyəsində saxlamağa yönəlmiş Paris Sazişi üzrə öhdəliklərini yerinə yetirməsələr, çoxsaylı istilik dalğaları qiymətləndirmənin bütün altı meyarı üzrə rekord göstəricilərə çatacaq.

Beləliklə, bəşəriyyət indiyədək qarşılaşmadığı ekstremal istilik hadisələrinə hazırlaşmalı, şəhər infrastrukturunu, enerji sistemini və səhiyyə xidmətlərini bu təhlükələrə uyğunlaşdırmalıdır.

Nadir

AzPost.az

Post navigation

Previous: Qaraciyərin zədələndiyini göstərən 10 əlamət – Bu simptomları görməzdən gəlməyin
Next: Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Oxşar xəbərlər

baliq
  • Maraqlı

60 yaşdan sonra hansı balıqları yemək olmaz? – Mütəxəssislər xəbərdarlıq edir

User 05 Noyabr 2026 - 19:33
Kosmos
  • Maraqlı

Kosmosdan müəmmalı siqnal qeydə alındı – Alimlər yadplanetlilərin izini axtarır

User 05 Noyabr 2026 - 19:03
burcler
  • Maraqlı

5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

User 05 Noyabr 2026 - 10:00

xƏBƏR

ixrac03
  • Baş Yazı

Qeyri-neft ixracımız 20 faiz artdı – Azərbaycan xaricə ən çox hansı məhsulları satır?

User 05 Noyabr 2026 - 20:02
Azərbaycanın qeyri-neft məhsullarının ixracında artım davam edir. Bu ilin yanvar-sentyabr aylarında qızıl amili nəzərə alınmadan qeyri-neft ixracı...
Read more about Qeyri-neft ixracımız 20 faiz artdı – Azərbaycan xaricə ən çox hansı məhsulları satır?
60 yaşdan sonra hansı balıqları yemək olmaz? – Mütəxəssislər xəbərdarlıq edir baliq
  • Maraqlı

60 yaşdan sonra hansı balıqları yemək olmaz? – Mütəxəssislər xəbərdarlıq edir

User 05 Noyabr 2026 - 19:33
Ürək sağlamlığı üçün saat neçədə yatmaq lazımdır? – Kardioloq optimal vaxtı açıqladı urek
  • Sosial

Ürək sağlamlığı üçün saat neçədə yatmaq lazımdır? – Kardioloq optimal vaxtı açıqladı

User 05 Noyabr 2026 - 19:22
Kosmosdan müəmmalı siqnal qeydə alındı – Alimlər yadplanetlilərin izini axtarır Kosmos
  • Maraqlı

Kosmosdan müəmmalı siqnal qeydə alındı – Alimlər yadplanetlilərin izini axtarır

User 05 Noyabr 2026 - 19:03
Telefonlarda ödəniş qaydası dəyişir – Hər alışda barmaq izi tələb olunacaq Telefon
  • Sosial

Telefonlarda ödəniş qaydası dəyişir – Hər alışda barmaq izi tələb olunacaq

User 05 Noyabr 2026 - 18:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.