Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05 (Last updated: 08 Noyabr 2026 - 18:05)
erdo susa02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada qeyd etməkdən məmnunluğunu ifadə edib.

Ərdoğan sosial şəbəkə hesabında paylaşdığı müraciətdə Şuşanı tarix, təbiət və mədəniyyət şəhəri adlandırıb.

“Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum”, – deyə Türkiyə lideri bildirib.

O qeyd edib ki, 6 il əvvəl İlham Əliyevin qətiyyətli rəhbərliyi altında bir yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurub.

“Bu şanlı qələbə Azərbaycanın haqlı mübarizəsinin ən gözəl təzahürü, bütün Türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməsinin Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyduğunu bildirib.

Ərdoğanın sözlərinə görə, qarşıda duran əsas vəzifə döyüş meydanlarında qazanılan qələbəni davamlı sülh və sabitliklə möhkəmləndirməkdir.

“Biz Azərbaycanın haqlı mübarizəsinə sahib çıxdığımız kimi, bölgəmizdə davamlı sülhün təmin olunmasına yönəlmiş səmimi səylərini də dəstəkləyirik”, – deyə o qeyd edib.

Türkiyə lideri Qarabağın yenidən qurulması və bölgənin əvvəlki canlılığına qovuşdurulması istiqamətində Azərbaycanın səylərini yüksək qiymətləndirdiyini bildirib.

“Qarabağda yenidən tüstülənən hər ocaq, ucaldılan hər tikili və bərpa edilən hər tarixi irs Azərbaycanın gələcəyə inamını göstərir.

İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik”, – deyə Ərdoğan paylaşımını tamamlayıb.

 

AzPost.az

Post navigation

Previous: İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi
Next: Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.