Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53 (Last updated: 08 Noyabr 2026 - 23:53)
ilham er03

Türkiyə və Azərbaycan arasında son aylarda baş verən gərginlik fonunda prezident Ərdoğan Zəfər Günü Azərbaycana səfərə gəldi. Şuşada prezident İlham Əliyevlə görüşdü, mühüm bəyanatlar verildi.

Bəs bu səfərdən sonra iki ölkə arasında münasibətlərdə hansı dəyişikliklər gözlənilir?

Qeyd etmək lazımdır ki, noyabrın 8-də keçirilən görüşün ən diqqətçəkən tərəfi hər iki prezidentin münasibətlərin pozulmaz olduğunu xüsusi vurğulaması oldu. Ərdoğan bildirdi ki, 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə ilə müttəfiqlik səviyyəsinə qaldırılan qardaşlığı zəiflətmək istəyənlər məqsədlərinə çata bilməyəcəklər. İlham Əliyev isə Türkiyə ilə Azərbaycanın birliyini “əbədi və sarsılmaz” adlandırdı. O, Ərdoğanın 44 günlük müharibənin ilk saatlarında verdiyi dəstək mesajını xatırladaraq Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin unudulmayacağını bildirdi.

Ərdoğan bununla kifayətlənmədi. O, Azərbaycanın Qarabağda yenidənqurma işlərini dəstəklədiyini, Türkiyənin bu prosesdə təcrübəsini bölüşməyə davam edəcəyini bildirdi. Cəbrayılda Türkiyənin iştirakı ilə yaradılan meşəçilik təlim mərkəzini və Ağdamda tikintisinə başlanmış 40 sinif otaqlı məktəbi birgə əməkdaşlığın nümunələri kimi göstərdi. Burada diqqətçəkən başqa məqam da var: hər iki lider üçüncü qüvvələrin münasibətlərə müdaxiləsinə imkan verilməyəcəyini vurğuladı. Bu, son həftələrdəki qarşılıqlı narazılıqlar fonunda verilmiş siyasi mesaj kimi oxuna bilər.

Bundan sonra münasibətlərdə hansı dəyişikliklər gözlənilir?

Mövcud məlumatların təhlili onu deməyə əsas verir ki, qarşıdakı dövr üçün dörd istiqamət aktual olacaq.

Birinci, siyasi münasibətlərdə normallaşmadır. Prezident Ərdoğanın Şuşaya gəlməsi və iki prezidentin birgə mətbuat konfransında açıq birlik mesajları verməsi diplomatik gərginliyin azaldılmasına xidmət edir. Yaxın vaxtlarda yüksək səviyyəli təmasların intensivləşməsi mümkündür.

İkinci, müdafiə və təhlükəsizlik əməkdaşlığı davam edəcək. 2021-ci il Şuşa Bəyannaməsi iki ölkənin müttəfiqlik münasibətlərinin hüquqi-siyasi əsasını təşkil edir. Müdafiə, hərbi sənaye və təhlükəsizlik əməkdaşlığı tərəflərin ortaq maraqlarına söykənir. Son siyasi gərginlik bu sahələrdə əməkdaşlığın dayandırıldığını göstərən hər hansı açıq əlamət yaratmayıb.

Üçüncü, iqtisadi və nəqliyyat layihələri gündəmdə qalacaq. Enerji, tranzit, nəqliyyat dəhlizləri və Qarabağın bərpası hər iki ölkə üçün əhəmiyyətli sahələrdir. Türkiyə Azərbaycanın qaz ixracı üçün əsas bazarlardan biridir. Buna görə münasibətlərin siyasi mübahisələr səbəbindən iqtisadi müstəviyə keçərək zədələnməsi tərəflərin heç birinin marağına uyğun görünmür.

Dördüncü, fikir ayrılıqları ətrafında hərtərəflli müzakirə və ortaq məxrəcin əldə edilməsidir. Suverenliyə münasibət, İsraillə əməkdaşlıq və Ermənistanla normallaşma prosesi  masa üzərində olacaq.

Ərdoğanın Şuşa səfəri münasibətlərin əvvəlki səviyyəsinə qayıtması üçün siyasi zəmin yaradır. Bu səfərin ən mühüm nəticəsi tərəflərin ictimaiyyət və beynəlxalq auditoriya qarşısında bir-birinə verdiyi mesajdır: Bakı və Ankara arasında fikir ayrılıqları olsa da, strateji müttəfiqlik münasibətləri qorunmalıdır. Qarşıdakı dövrdə münasibətlərdə əsas dəyişiklik maraqların və qarşılıqlı suverenliyin nəzərə alındığı praqmatik əməkdaşlığa keçid ola bilər. Bu, müttəfiqliyin zəifləməsi deyil, onun daha institusional və hesablanmış əsasda davam etməsi deməkdir.

Ərdoğanın Şuşa səfəri münasibətlərdə açıq siyasi gərginliyin səngidilməsi və strateji müttəfiqliyin qorunması istiqamətində mühüm addım sayıla bilər.

X. SƏFƏROĞLU 

AzPost.az

Post navigation

Previous: “İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

Oxşar xəbərlər

ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18

xƏBƏR

ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
Türkiyə və Azərbaycan arasında son aylarda baş verən gərginlik fonunda prezident Ərdoğan Zəfər Günü Azərbaycana səfərə gəldi....
Read more about Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.