Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53 (Last updated: 09 Noyabr 2026 - 16:53)
orban

Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı saxlanılıb.

Bu barədə ölkənin baş naziri Peter Magyar məlumat verib.

“Media məlumatlarına görə, Viktor Orbanın qardaşı Aron Orban insan alverində şübhəli bilinərək saxlanılıb”, – deyə Magyar Facebook səhifəsində yazıb.

AFP agentliyinin məlumatına görə, bu barədə ilk xəbəri Magyarın qardaşına məxsus Kontroll xəbər saytı yayıb. Nəşrin məlumatında bildirilirdi ki, hüquq-mühafizə orqanları insan alveri ilə bağlı araşdırma çərçivəsində keçirilən əməliyyat zamanı “bir neçə nəfəri” saxlayıb. Onların yaşadıqları ünvanlarda axtarışlar aparılır.

Əməliyyat Macarıstan Milli İstintaq Bürosu (NNI) və Magyarın təşəbbüsü ilə yaradılmış korrupsiyaya qarşı mübarizə qurumu – Milli Aktivlərin Qaytarılması və Mühafizəsi İdarəsi (NVVH) tərəfindən həyata keçirilir.

Macarıstanın keçmiş baş naziri Viktor Orban qardaşının saxlanılmasını “çirkli oyun” adlandırıb və hökuməti siyasi rəqiblərini sıradan çıxarmağa cəhddə ittiham edib. “Söhbət əslində məndən gedir, qardaşım isə sadəcə vasitədir”, – deyə siyasətçi sosial şəbəkələrdə yazıb.

Buna cavab olaraq Peter Magyar bildirib ki, Orban bu açıqlaması ilə qardaşının saxlanıldığını faktiki olaraq təsdiqləyib.

Aron Orban qardaşının hakimiyyətdə olduğu dövrdə bir neçə uğurlu biznes layihəsi yaradıb. AFP yazır ki, ötən il araşdırmaçı jurnalistlər onun şirkətlərindən birini Macarıstanda iş vizalarının alınmasına kömək göstərilməsi ilə bağlı ehtimal olunan sxemlə əlaqələndiriblər.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma
Next: Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
ABŞ, Rusiya və Ukrayna nümayəndələri noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə yenidən danışıqlar masasına oturacaqlar. Bu,...
Read more about Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?
Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma varli03
  • Maraqlı

Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma

User 09 Noyabr 2026 - 16:44
Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi? erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir” ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.