Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35 (Last updated: 10 Noyabr 2026 - 13:35)
bina sokuntu

Çinin Sian şəhərində 47 yaşlı kişi qeyri-adi etiraz aksiyası keçirib.

Azpost.info “Əl-Cəzirə”yə istinadən bildirir ki, Hu soyadlı şəxs tırtıllı ekskavatorla hökumət kompleksinin qarşısına gələrək binanı dağıtmağa başlayıb. O, eyni zamanda səsgücləndirici vasitəsilə “Qan-tər tökərək qazandığım pulu qaytarın!” deyə qışqırıb.

Hadisə zamanı kompleksdə olan əməkdaşlar və ziyarətçilər təcili təxliyə edilib. Binaya ekskavatorla hücum edən şəxsin zərərsizləşdirilməsi üçün xüsusi təyinatlı qüvvələrin 20 əməkdaşı cəlb olunub.

Çin mediasında yayılan məlumatlara görə, hadisənin motivi hələlik rəsmi şəkildə açıqlanmayıb. Lakin ölkənin sosial şəbəkələrində onun etirazının səbəbi ilə bağlı iki əsas ehtimal müzakirə olunur.

Etirazın səbəbi nə ola bilər?

Birinci versiyaya görə, kişi dövlət tikintisi üçün yaxınlıqdakı kəndlərdə sökülən daşınmaz əmlaka görə sakinlərə ödənilməli kompensasiyaların gecikdirilməsinə etiraz edib. İddialara əsasən, Huya məxsus balıq ferması da həmin ərazidə sökülüb və o, bunun müqabilində nəzərdə tutulan ödənişi ala bilməyib. İkinci ehtimala görə isə hadisə dövlətin tikinti işlərini həyata keçirən podratçılara olan borcu ilə bağlıdır. Sosial şəbəkələrdə təxminən 3 milyon dollar məbləğində ödənilməmiş borcdan bəhs olunur.

Lakin bu versiyaların heç biri hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Kişinin məhz hansı pulun qaytarılmasını tələb etdiyi barədə istintaqın açıqlaması yoxdur.

Xüsusi təyinatlılar hadisəyə müdaxilə etdi

Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub. Xüsusi təyinatlıların müdaxiləsindən sonra ekskavatorla hücum edən 47 yaşlı kişi saxlanılıb. Çin sosial şəbəkələrində hadisə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onu “Çinin Robin Hudu” adlandırıblar. Hadisənin bütün təfərrüatları, o cümlədən dağıntının miqyası və kişinin etirazına səbəb olan maliyyə mübahisəsinin detalları barədə rəsmi məlumat hələ açıqlanmayıb.

Sunay Aydın

https://azpost.info/wp-content/uploads/2026/11/5-1.mp4

AzPost.az

Post navigation

Previous: Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL
Next: Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

Oxşar xəbərlər

ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47

xƏBƏR

ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ermənistanda müxalifət partiyasının bələdiyyə rəhbərliyinə namizədi Arsen Gevorkyan istintaq təcridxanasında vəfat edib. O, seçkiqabağı rüşvət paylamaqda ittiham...
Read more about Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
Tibbi sığortaya 1,1 milyard manat ayrılır – 2027-ci ildə xəstələri nə gözləyir? hekim novbe
  • Baş Yazı

Tibbi sığortaya 1,1 milyard manat ayrılır – 2027-ci ildə xəstələri nə gözləyir?

User 10 Noyabr 2026 - 12:55
Ukrayna-Rusiya danışıqlarından ilk görüntülər – Avropa masadan kənarda qaldı? photo_5445373109872566965_y
  • Dünya

Ukrayna-Rusiya danışıqlarından ilk görüntülər – Avropa masadan kənarda qaldı?

User 10 Noyabr 2026 - 12:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.