Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

10 ayda icmal büdcənin gəlirləri 42 mlrd. manata yaxınlaşıb

User 12 Noyabr 2026 - 14:13 (Last updated: 12 Noyabr 2026 - 14:13)
pul

2026-cı ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 41 952,0 milyon manat, xərcləri isə 34 082,4 milyon manat məbləğində icra edilib.

“APA-Economics” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

2026-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin icrasında da müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 1 milyon 110 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Cari ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 33 569,6 milyon manat təşkil edib ki, bu da proqnozu 1 163,5 milyon manat və ya 3.6 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 16 065,2 milyon manat təşkil edərək proqnozdan 1 274,2 milyon manat və ya 8.6 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 47,7 milyon manat təşkil edərək proqnozdan 11,8 milyon manat və ya 33.0 faiz, sair daxilolmalar 540,0 milyon manat təşkil edərək proqnozdan 106,8 milyon manat və ya 24.6 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 613,5 milyon manat təşkil edərək proqnozdan 1,5 milyon manat və ya 0.03 faiz çox, Dövlət Neft Fondundan transfert isə 10 697,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 606,1 milyon manat təşkil edərək proqnoza qarşı 72.4 faiz icra olunub.

Yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 28 761,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 040,8 milyon manat və ya 3.8 faiz çoxdur.

AzPost.az

Post navigation

Previous: İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
Next: Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək

Oxşar xəbərlər

hava
  • Sosial

Sabah 20 dərəcə isti olacaq

User 12 Noyabr 2026 - 14:17
market
  • Sosial

Mağaza aldığınız malı geri götürmür? – Bu imtinası nə vaxt qanunsuzdur

User 12 Noyabr 2026 - 10:55
kart bank
  • Sosial

Kartda çoxlu pul saxlamaq təhlükəlidir? – Müştərinin bilməli olduğu vacib məqamlar

User 12 Noyabr 2026 - 10:27

xƏBƏR

hava
  • Sosial

Sabah 20 dərəcə isti olacaq

User 12 Noyabr 2026 - 14:17
Noyabrın 13-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bakıda və Abşeron yarımadasında...
Read more about Sabah 20 dərəcə isti olacaq
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
  • Siyasət

Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək

User 12 Noyabr 2026 - 14:15
10 ayda icmal büdcənin gəlirləri 42 mlrd. manata yaxınlaşıb pul
  • Sosial

10 ayda icmal büdcənin gəlirləri 42 mlrd. manata yaxınlaşıb

User 12 Noyabr 2026 - 14:13
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək irlanda bas naziri
  • Siyasət

İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək

User 12 Noyabr 2026 - 14:12
  • Siyasət

User 12 Noyabr 2026 - 14:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.