Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ İranı quru yollardan mühasirəyə almaq istəyir

User 12 Noyabr 2026 - 19:40 (Last updated: 12 Noyabr 2026 - 19:40)
iran abs xerite

ABŞ İrana qarşı iqtisadi təzyiqləri genişləndirərək yalnız dəniz yolları ilə deyil, quru sərhədləri vasitəsilə həyata keçirilən ticarət və yük daşımalarını da məhdudlaşdırmağa çalışır.

Azpost.info bildirir ki, “The Telegraph” nəşrinin məlumatına görə, Vaşinqton sanksiyalardan yayınma hallarını aşkar etmək və qarşısını almaq üçün Task Force Iron Gate adlı xüsusi qrup yaradıb. Bu qrup ABŞ-ın kəşfiyyat qurumları və regiondakı tərəfdaşlarla birgə fəaliyyət göstərəcək.

ABŞ-ın Hörmüz boğazından gəmiçiliklə bağlı məhdudiyyətlər tətbiq etməsindən sonra İran idxal və ixracın bir hissəsini quru sərhədlərinə yönəldib. Türkiyə və Pakistanla sərhəd-keçid məntəqələrində yük avtomobillərinin növbələri yaranıb. Məlumatlara görə, Çindən Asiya qitəsini keçən yük qatarları da daha tez-tez göndərilməyə başlayıb.

Floridanın Tampa şəhərində yerləşən və 20 nəfərdən ibarət olan yeni qrup İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə həyata keçirilən “qanunsuz” yük daşımalarını müəyyən etməlidir. Qrupun diqqət mərkəzində müasir silah sistemləri, ikili təyinatlı texnologiyalar, sanksiyalara məruz qalan materiallar və qanunsuz maliyyə axınları olacaq.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper bildirib ki, bu təşəbbüs Amerikanın dəniz blokadasının nəticələrini gücləndirəcək. Onun sözlərinə görə, Vaşinqtonun məqsədi Tehranın terrorizmi maliyyələşdirmək, silah istehsalı müəssisələrini bərpa etmək və hərbi ehtiyatlarını artırmaq imkanlarını məhdudlaşdırmaqdır.

Nəşrin məlumatına görə, quru marşrutlarının bağlanması ideyası İsrailin Baş naziri Benyamin Netanyahunun Ağ Evə səfərindən sonra müzakirə olunub. İyul ayında Donald Tramp və Netanyahu İrana qarşı iqtisadi təzyiqlərin “hərbi və qeyri-hərbi vasitələrlə” gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Hərbi və diplomatik mənbələr hesab edirlər ki, yeni qrup, böyük ehtimalla, sanksiyalardan yayınma cəhdlərini aşkar etmək üçün ABŞ-ın regiondakı müttəfiqləri ilə kəşfiyyat məlumatları mübadiləsi aparacaq. Ekspertlər qadağan olunmuş komponentlərin müsadirə edilməsi üçün məlumatların yerli hüquq-mühafizə orqanlarına ötürülməsi ehtimalını da istisna etmirlər.

Mütəxəssislərin qiymətləndirməsinə görə, bəzi hallarda nöqtəvi zərbələr və gizli quru əməliyyatları da daxil olmaqla, güc vasitələrindən istifadə edilə bilər.

Lakin quru blokadasının effektivliyi qonşu ölkələrin Vaşinqtonla əməkdaşlığa nə dərəcədə hazır olacağından asılıdır. Marşrutların bağlanması üçün ABŞ İraq, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Ermənistan və Azərbaycanın dəstəyinə ehtiyac duyacaq.

Bu dövlətlərin bir çoxu ABŞ-ın yaxın müttəfiqləri deyil və öz iqtisadiyyatlarına zərər vurmaq bahasına İranla ticarəti məhdudlaşdırmaq istəməyə bilərlər. Xüsusilə İranın Əfqanıstan və Pakistanla sərhədləri mürəkkəb istiqamətlər hesab olunur. Həmin ərazilərdə qaçaqmalçılıq geniş yayılıb.

Pakistanın ABŞ-dakı keçmiş səfiri Hüseyn Haqqani bildirib ki, İslamabad ölkəni böyük ticarət mərkəzinə çevirmək üçün uzunmüddətli planlarından imtina etmək istəməyəcək. Onun sözlərinə görə, İran və Pakistan quru nəqliyyat dəhlizlərinin inkişafını strateji layihə hesab edir və bu layihənin əhəmiyyəti hazırkı münaqişə başa çatdıqdan sonra da qalacaq.

“The Telegraph” yazır ki, Ağ Evdə Hörmüz boğazından gəmiçiliyin bərpasına yönəlmiş əvvəlki təzyiq strategiyasının imkanlarının tükənə biləcəyi düşünülür. Vaşinqton Tehranın yenidən danışıqlar masasına qayıtmasına məcbur edə biləcək əlavə tədbirləri nəzərdən keçirir.

Bununla yanaşı, quru blokadası ilə bağlı məlumatların diqqəti yayındırmaq məqsədilə yayılan manevr kimi istifadə olunması ehtimalı da istisna edilmir.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Pensiyaların artırılması ilə bağlı yeni açıqlama – Yekun qərar nə vaxt veriləcək?
Next: Rusiyanın Ukraynada itkiləri 230 minə çata bilər – Məxfi məlumatlar üzə çıxdı

Oxşar xəbərlər

rus ordu seferberlik
  • Dünya

Rusiyanın Ukraynada itkiləri 230 minə çata bilər – Məxfi məlumatlar üzə çıxdı

User 12 Noyabr 2026 - 19:57
erdoqan pezeskian
  • Dünya

Ərdoğan və Pezeşkian görüşdü – Hansı qərarları müzakirə etdilər?

User 12 Noyabr 2026 - 17:54
tramp
  • Dünya

“İranla razılaşmaya ehtiyacımız yoxdur, boğazı əlimizdədir…” – TRAMP

User 12 Noyabr 2026 - 17:34

xƏBƏR

rus ordu seferberlik
  • Dünya

Rusiyanın Ukraynada itkiləri 230 minə çata bilər – Məxfi məlumatlar üzə çıxdı

User 12 Noyabr 2026 - 19:57
Rusiya Dövlət Statistika Xidmətinin (Rosstat) məxfi məlumat bazalarının genişmiqyaslı sızması Moskvanın Ukraynaya qarşı apardığı müharibədə real və...
Read more about Rusiyanın Ukraynada itkiləri 230 minə çata bilər – Məxfi məlumatlar üzə çıxdı
ABŞ İranı quru yollardan mühasirəyə almaq istəyir iran abs xerite
  • Dünya

ABŞ İranı quru yollardan mühasirəyə almaq istəyir

User 12 Noyabr 2026 - 19:40
Pensiyaların artırılması ilə bağlı yeni açıqlama – Yekun qərar nə vaxt veriləcək? pensiya
  • Baş Yazı

Pensiyaların artırılması ilə bağlı yeni açıqlama – Yekun qərar nə vaxt veriləcək?

User 12 Noyabr 2026 - 19:28
Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO dollar at
  • Sosial

Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO

User 12 Noyabr 2026 - 19:08
Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR rusiyamehkeme
  • Sosial

Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR

User 12 Noyabr 2026 - 18:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.