Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Pensiyaların artırılması ilə bağlı yeni açıqlama – Yekun qərar nə vaxt veriləcək?

User 12 Noyabr 2026 - 19:28
pensiya

2027-ci ildə Azərbaycanda əmək pensiyalarının təxminən 7,5 faiz artırılması proqnozlaşdırılır. Lakin pensiyaçıların gələn il alacağı artımın dəqiq faizi hələ məlum deyil. Yekun göstərici 2026-cı ilin əməkhaqqı artımına dair faktiki statistik məlumatlar əsasında müəyyənləşdiriləcək.

Azpost.info xəbər verir ki, 2027-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsində əmək pensiyalarının təqribən 7,5 faiz indeksləşdirilməsi məqsədilə 575,5 milyon manat vəsait nəzərdə tutulub. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev noyabrın 5-də Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı məlumat verib.

Lakin noyabrın 11-də maliyyə naziri Sahil Babayev pensiyaların indeksləşdirilməsi ilə bağlı əlavə açıqlama verərək bildirib ki, artımın dəqiq faizi orta aylıq nominal əməkhaqqının illik dəyişməsinə əsasən müəyyənləşdiriləcək. Nazir yekun göstəricinin gələn ilin yanvar ayının sonunda bəlli olacağını bildirib.

Beləliklə, büdcədə göstərilən 7,5 faiz hələ pensiyaların artırılması ilə bağlı yekun qərar deyil. Bu rəqəm hazırkı proqnozu əks etdirir.

500 manat pensiya alan nə qədər artım əldə edə bilər?

Əgər 7,5 faizlik indeksləşdirmə proqnozu tam şəkildə tətbiq olunarsa, pensiya məbləğlərində aşağıdakı dəyişikliklər baş verə bilər:

-400 manat pensiya – 430 manat;

-500 manat pensiya – 537,50 manat;

-600 manat pensiya – 645 manat;

-700 manat pensiya – 752,50 manat;

-800 manat pensiya – 860 manat.

Qeyd edək ki, bunlar yalnız 7,5 faizlik artımın tam tətbiq olunacağı halda mümkün olan hesablamalardır. Faktiki artım faizi və tətbiq mexanizmi rəsmi qərardan asılı olacaq.

2027-ci ildə pensiyalara nə qədər vəsait ayrılır?

Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün büdcə layihəsində əmək pensiyalarının ödənilməsinə 8 milyard 669 milyon manat vəsait nəzərdə tutulub. Fondun ümumi xərclərinin 9 milyard 273 milyon manat olacağı proqnozlaşdırılır. Bunun 8 milyard 950 milyon manatı əhaliyə ödənişlərə yönəldiləcək.

Büdcə proqnozuna əsasən, 2027-ci ildə orta aylıq əmək pensiyasının 639 manata, yaşa görə orta aylıq pensiyanın isə 680 manata çatacağı gözlənilir.

Hazırda əsas diqqət 2026-cı ilin yekun əməkhaqqı göstəricilərinə yönəlib. Məhz bu göstəricilər gələn il pensiyaların indeksləşdirilməsinin faktiki faizinə təsir edəcək.

Samir Abdulla

AzPost.az

Post navigation

Previous: Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO
Next: ABŞ İranı quru yollardan mühasirəyə almaq istəyir

Oxşar xəbərlər

ilham dublin
  • Baş Yazı

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edib – VİDEO

User 12 Noyabr 2026 - 18:50
konstitusiya
  • Baş Yazı

Azərbaycan Konstitusiyası 31 yaşında – Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Ali Qanun

User 12 Noyabr 2026 - 09:00
neftimage
  • Baş Yazı

Azərbaycanın neft hasilatı azalır – Büdcə və manat üçün nə dəyişəcək?

User 11 Noyabr 2026 - 12:00

xƏBƏR

iran abs xerite
  • Dünya

ABŞ İranı quru yollardan mühasirəyə almaq istəyir

User 12 Noyabr 2026 - 19:40
ABŞ İrana qarşı iqtisadi təzyiqləri genişləndirərək yalnız dəniz yolları ilə deyil, quru sərhədləri vasitəsilə həyata keçirilən ticarət...
Read more about ABŞ İranı quru yollardan mühasirəyə almaq istəyir
Pensiyaların artırılması ilə bağlı yeni açıqlama – Yekun qərar nə vaxt veriləcək? pensiya
  • Baş Yazı

Pensiyaların artırılması ilə bağlı yeni açıqlama – Yekun qərar nə vaxt veriləcək?

User 12 Noyabr 2026 - 19:28
Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO dollar at
  • Sosial

Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO

User 12 Noyabr 2026 - 19:08
Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR rusiyamehkeme
  • Sosial

Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR

User 12 Noyabr 2026 - 18:55
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edib – VİDEO ilham dublin
  • Baş Yazı

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edib – VİDEO

User 12 Noyabr 2026 - 18:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.