Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq başa çatıb. İttiham aktı tərtib edilən cinayət işi prokurora göndərilib.
Bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.
Xatırladaq ki, 2026-cı il oktyabrın 1-də azərbaycanlı hərbçi Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian icmasına daxil olan Şəki yaşayış məntəqəsinin 6-cı küçəsindəki 20 nömrəli evə daxil olub. Aşkar edildikdən sonra isə silahdan atəş açdığı və atəş nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralandığı iddia olunur.
Daha sonra Azərbaycan vətəndaşı hadisə yerindən qaçmağa cəhd edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Nəsimi Musayev aşkar edilərək saxlanılıb.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb.
Azərbaycanlı hərbçi barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
