Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Şou Biznes

Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib

User 16 Noyabr 2026 - 14:49
pattenson

Robert Pattinson növbəti Ceyms Bond roluna namizədlər arasında gözlənilmədən ön plana çıxıb. Amerikanın Puck nəşrinin məlumatına görə, 40 yaşlı aktyora əfsanəvi 007 agentinin roluna iddialı olan bütün namizədlər arasında ən yüksək qonorar təklif edilib.

Bundan başqa, ehtimal olunan müqaviləyə əsasən, Pattinson yalnız üç Bond filmində çəkilməli olacaq. Halbuki onun bəzi rəqibləri ilə dərhal dörd film üçün müqavilə imzalanması nəzərdə tutulur.

The Hollywood Reporter nəşrinin yazdığına görə, “Alatoranlıq” filminin ulduzu ötən həftə Cek Loudon, Coş O’Konnor və Kallum Törnerlə birlikdə məşhur rol uğrunda mübarizəyə qoşulub. Aktyor Londonda kastinq sınağından keçib.

Məlumata görə, 2025-ci ildə ekranlara çıxan “Supermen” filmində Leks Lüter obrazını canlandıran 36 yaşlı Nikolas Holt da sınaq çəkilişlərində iştirak edib.

Yeni Ceyms Bondun seçilməsi Daniel Kreyqin məşhur casusu ilk dəfə canlandırmasından 20 ildən çox vaxt keçdikdən sonra baş verir. 2021-ci ildə Kreyqin 007 obrazında sonuncu dəfə çəkildiyi “Ölməyə vaxt yoxdur” filminin nümayişindən sonra bu rol boş qalıb.

Əvvəlcə Daniel Kreyqin bu rola seçilməsi böyük tənqidlərə səbəb olmuşdu. Lakin aktyor sonradan Ceyms Bond obrazını canlandıran ən uğurlu ifaçılardan birinə çevrildi. O, “Kazino Royale” filmi ilə franşizanı faktiki olaraq yenidən başlatdı və personajın tarixinə mühüm töhfə verdi.

Növbəti Ceyms Bond filmi Amazon MGM Studios tərəfindən çəkiləcək ilk ekran işi olacaq. Şirkət ötən il franşiza üzərində yaradıcı nəzarəti əldə etmək üçün 1 milyard dollardan çox vəsait ödəyib.

Bundan əvvəl onilliklər ərzində filmin hüquqları 1962-ci ildə “Doktor Nou” filmi ilə Bond ekran əsərləri seriyasına başlayan prodüser Albert “Kabbi” Brokkolinin ailəsinin nəzarətində olub.

Ceff Bezosun şirkətinin franşizanı əldə etməsi mübahisələrə səbəb olub. Britaniyalı yazıçı Uilyam Boyd xəbərdarlıq edib ki, yeni sahiblər Bond dünyasını kommersiya məhsuluna çevirərək onun ətrafında gecə klubları və tematik parklar yarada bilərlər.

Ehtimal olunur ki, Amazon franşizanı yalnız filmlər hesabına deyil, televiziya layihələri vasitəsilə də genişləndirmək niyyətindədir. Şirkət artıq 2023-cü ildə məşhur casusun macəralarını xatırladan sınaqlardan ibarət “007: Bir milyona gedən yol” adlı televiziya şousunu təqdim edib.

Robert Pattinsonun karyerası “Harri Potter” filmində Sedrik Diqqori rolu ilə başlayıb. Daha sonra o, “Alatoranlıq” dastanında Edvard Kallen obrazı ilə məşhurlaşıb.

Aktyor sonrakı illərdə Mett Rivzin “Betmen”, Pon Cun-honun “Mikki 17” və Kristofer Nolanın “Odisseya” kimi böyük layihələrində rol alıb.

AzPost.az

Post navigation

Previous: Azərbaycan, Ermənistan və Türkiyə eyni müzakirədə – Rumıniyadan təşəbbüs
Next: Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ

Oxşar xəbərlər

ceyn fonda terner
  • Şou Biznes

Arvadına milyardlıq mirasdan heç nə vermədi – Ted Törnerin vəsiyyəti açıqlandı

User 13 Noyabr 2026 - 17:10
svarstnegger stallone
  • Şou Biznes

Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı

User 06 Noyabr 2026 - 12:35
sou esas
  • Şou Biznes

Musiqi platformaları müğənnilərə necə pul qazandırır?-

User 09 Oktyabr 2026 - 23:17

xƏBƏR

market
  • Sosial

Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ

User 16 Noyabr 2026 - 14:59
Müasir istehlakçı alış-veriş zamanı tamamilə rasional qərarlar verdiyinə inanır. Lakin onun maliyyə qərarlarının əksəriyyəti marketinqin gizli psixoloji...
Read more about Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ
Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib pattenson
  • Şou Biznes

Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib

User 16 Noyabr 2026 - 14:49
Azərbaycan, Ermənistan və Türkiyə eyni müzakirədə – Rumıniyadan təşəbbüs rumin xin bascisi
  • Dünya

Azərbaycan, Ermənistan və Türkiyə eyni müzakirədə – Rumıniyadan təşəbbüs

User 16 Noyabr 2026 - 14:31
Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək herbci ermeni esir
  • Sosial

Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək

User 16 Noyabr 2026 - 13:59
Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır tramp elcek
  • Dünya

Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır

User 16 Noyabr 2026 - 13:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.