Atatürk prospektində yerləşən “Kişmiş” restoranı yanır.
Bu barədə AFN.az-a hadisə şahidləri bildiriblər. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
