Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin ilk görüşü yaxın vaxtlarda keçiriləcək.
Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüş Tbilisi və ya Moskvada deyil, başqa bir məkanda baş tuta bilər.
“Bu barədə ictimaiyyətə məlumat verəcəyik”, – deyə İrakli Kobaxidze əlavə edib.
Baş nazir vurğulayıb ki, Zurabaşvili ilə Qaluzin arasında təmaslar intensiv şəkildə davam edir. Görüşdə danışıqlar formatının nəzərdə tutduğu bütün məsələlər müzakirə olunacaq.
