Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

User 16 Noyabr 2026 - 16:36 (Last updated: 16 Noyabr 2026 - 16:36)
bank

Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinin vergiyə cəlb olunması gündəmə gələ bilər. Söhbət hər bir bankda aylıq 200 manatdan artıq olan faiz gəlirlərindən gedir.

Milli Məclisin deputatı Vüqar Bayramov bu güzəştin müddətinin daha 3 il uzadılmasını təklif edir.

Deputat bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketində bir sıra vergi güzəştlərinin müddətinin artırılması nəzərdə tutulsa da, Məcəllənin 102.1.22-4-cü maddəsi ilə müəyyən edilmiş əmanət faizlərinə dair güzəştin uzadılması təklif edilməyib. Mövcud güzəştin müddəti bu ilin sonunda başa çatır.

Hansı əmanətlər vergidən azaddır?

Hazırda fiziki şəxslərin yerli banklarda və xarici bankların Azərbaycandakı filiallarında milli valyutada yerləşdirdikləri depozitlər üzrə hər bank üçün aylıq 200 manatadək faiz gəliri gəlir vergisindən azaddır. Bundan başqa, milli valyutada olan depozit ən azı 18 ay müddətinə yerləşdirildikdə və əsas məbləğ 18 aydan tez qaytarılmadıqda, həmin depozit üzrə hesablanan faiz gəlirlərinin tam hissəsi vergidən azad edilir.

Vüqar Bayramovun açıqlamasına görə, güzəşt müddəti uzadılmasa, gələn ildən bir bankda milli valyutada yerləşdirilən əmanətlər üzrə aylıq 200 manatdan artıq faiz gəlirləri vergiyə cəlb olunacaq. Məsələn, əmanətçinin bankdakı depozitindən aylıq 500 manat faiz gəliri əldə etdiyini fərz edək. Güzəşt uzadılmadığı halda, 200 manatdan artıq olan 300 manatlıq hissəyə gəlir vergisi tətbiq edilə bilər.

Əmanətçilərin sayı iki dəfədən çox artıb

Deputat qeyd edib ki, əmanətlər üzrə vergi güzəştləri həm vətəndaşların gəlirlərinin qorunması, həm də banklarda depozitlərin strukturunun dəyişdirilməsi baxımından əhəmiyyətli olub. Onun təqdim etdiyi statistikaya əsasən, hazırda bankların ümumi öhdəliklərinin 76,4 faizi və ya 41,8 milyard manatı depozit portfelinin payına düşür. Bu portfelin 57,4 faizi hüquqi şəxslərin, 42,6 faizi isə fiziki şəxslərin əmanətlərindən ibarətdir.

Fiziki şəxslərin əmanət portfelində müddətli depozitlərin payı 64,7 faizdir. Güzəştlər tətbiq edildikdən sonra unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minə yüksəlib. Unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 16,4 faiz artıb. V.Bayramovun fikrincə, bu göstəricilər üç il əvvəl tətbiq edilən güzəştlərin bank sektorunda depozitlərin strukturuna müsbət təsir göstərdiyini nümayiş etdirir. Bununla yanaşı, bank sektorunda aparılan islahatlar və Mərkəzi Bankın sağlamlaşdırma tədbirləri də bu prosesə təsir edən amillər sırasındadır.

Deputat güzəştin daha 3 il uzadılmasını istəyir

Vüqar Bayramov bildirib ki, 2030-cu il üçün əsas hədəflərdən biri biznes kreditlərinin bank portfelində payını artırmaqdır. Bunun üçün bankların uzunmüddətli depozit resurslarına ehtiyacı var. Deputatın qənaətinə görə, əmanətlər üzrə vergi güzəştlərinin uzadılması qısamüddətli büdcə gəlirlərindən daha çox uzunmüddətli iqtisadi fayda verə bilər. O hesab edir ki, güzəştlərin davam etdirilməsi bankların uzunmüddətli maliyyə resurslarını artırmağa və kreditləşmənin inkişafına dəstək olacaq.

Bu səbəbdən deputat banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən milli valyutalı əmanətlər üzrə faiz gəlirlərinin daha 3 il müddətinə gəlir vergisindən azad edilməsini məqsədəuyğun sayır.

O bildirib ki, bu təklifi Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da təqdim edib.

Qeyd edək ki, hazırda söhbət qüvvədə olan güzəştin avtomatik uzadılmasından deyil, deputatın irəli sürdüyü təklifdən gedir. Güzəştin müddətinin artırılması ilə bağlı yekun qərar qanunvericilikdə müvafiq dəyişiklik qəbul ediləcəyi halda qüvvəyə minəcək.

S. Abdulla

AzPost.az

Post navigation

Previous: Hörmüzdə yeni təhlükə: Tankerlər minaya düşür, neftin qiyməti necə dəyişəcək?

Oxşar xəbərlər

restoran yan
  • Sosial

Bakıda “Kişmiş” restoranı yanır – VİDEO

User 16 Noyabr 2026 - 15:31
market
  • Sosial

Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ

User 16 Noyabr 2026 - 14:59
herbci ermeni esir
  • Sosial

Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək

User 16 Noyabr 2026 - 13:59

xƏBƏR

bank
  • Sosial

500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

User 16 Noyabr 2026 - 16:36
Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinin vergiyə cəlb olunması gündəmə gələ bilər. Söhbət...
Read more about 500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı
Hörmüzdə yeni təhlükə: Tankerlər minaya düşür, neftin qiyməti necə dəyişəcək? hormuz
  • Dünya

Hörmüzdə yeni təhlükə: Tankerlər minaya düşür, neftin qiyməti necə dəyişəcək?

User 16 Noyabr 2026 - 16:14
Gürcüstan və Rusiya arasında ilk görüş keçiriləcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya arasında ilk görüş keçiriləcək

User 16 Noyabr 2026 - 16:02
Bakıda “Kişmiş” restoranı yanır – VİDEO restoran yan
  • Sosial

Bakıda “Kişmiş” restoranı yanır – VİDEO

User 16 Noyabr 2026 - 15:31
Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ market
  • Sosial

Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ

User 16 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.