Bu gün Ukrayna, ABŞ və Avropanın danışıqlar qrupları arasında növbəti müzakirə keçirilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
“Diplomatik səylər fəal şəkildə davam edir və ümid edirik ki, bu səylər nəticəsiz qalmayacaq. Komandamız mümkün qədər konstruktiv fəaliyyət göstərir. Bizə müharibənin ləyaqətli şəkildə başa çatması və Ukrayna üçün təhlükəsizlik təminatları lazımdır.
Amerika tərəfi də prosesdə fəal iştirak edir. Stiv Uitkoff və Cared Kuşner müzakirələrə onlayn formatda qoşulublar.
İlk dəfə olaraq Avropa bu müzakirədə tam tərkibdə təmsil olunub. Buraya Rusiya tərəfi ilə danışıqlarda Avropanı təmsil edəcək Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Polşa, eləcə də Avropa Komissiyası, Avropa Şurası və NATO-nun nümayəndələri daxil olub.
Müzakirələr asan keçmədi, lakin nəticə əldə olundu: danışıqlar prosesində konkret birgə addımları müəyyənləşdirmək üçün “Könüllülər koalisiyası” çərçivəsində Berlində görüşəcəyik”, – deyə Zelenski bildirib.
Nadir
