ƏSA inklüziv teatrının aktrisası Leyla Musayeva vəfat edib.
Aktrisa uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə teatrın rəsmi Facebook səhifəsində məlumat verilib.
Bildirilib ki, Leyla Musayeva 2025-ci ilin sentyabr ayında ƏSA Teatrının kollektivinə qoşulub və teatrın “Aktyor laboratoriyası”nın iştirakçısı olub.
Fəaliyyəti dövründə o, “Axtarış”, “Hamlet” və “Paris Notr-Dame” tamaşalarında rol alıb.
Teatrın paylaşımında qeyd olunub ki, Leylanın həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı kollektiv üçün xüsusi əhəmiyyət daşıyıb.
“Leylanın əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”, – deyə paylaşımda bildirilib.
Allah rəhmət eləsin!
