Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Seçicilər deyirlər ki, sən orada niyə oturmusan?” – Deputatdan etiraz

User 17 Noyabr 2026 - 14:20 (Last updated: 17 Noyabr 2026 - 14:20)
seyyad

“Burada büdcə müzakirələrindən istifadə edərək bəzi məsələləri diqqətə çatdırmaq istəyirəm. Biz burada bunları danışmayanda seçicilər deyirlər ki, sən orada niyə oturmusan? Halbuki mən çıxış üçün on nəfərlik siyahıya düşə bilmirəm. Yeri gəlmişkən, deyim, söz ürəyimdə qalmasın, parta yoldaşımla eyni anda əlimizi düymənin üstünə qoyduq, sinxron qaydada basdıq və əlimizi çəkdik. Jalə xanım ikinci oldu, mən 44-cü. Heç cür anlaya bilmirəm”.

Bunu deputat Səyyad Aran “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ötən il sentyabrın 23-də “Azərişıq”a məktub yazıb, Varxan kəndində nəhəng beton dirəyin təhlükə törətdiyini bildirib: “Nəhəng beton dirək yıxılmaq üzrədir, dirəyə taxtadan, ağac kötüyündən dayaq veriblər. Ay rəhmətliyin oğlu, bu dirək aşsa və həmin vaxt oradan keçən maşının üstünə düşsə, maşındakı insanlar həlak olsa, sən canını hara qoyacaqsan? Axı mən keçən il sentyabrın 23-də məktub yazmışam. Cavab yoxdur”.

Səyyad Aran Varxan kənd məktəbinin təmirə ehtiyacı olduğunu da bildirib: “Məktəbin yaxınlığında açıq transformator da var, uşaqlar orada futbol oynayırlar. Top gedib transformatorun yanına düşür. Məktub yazmışam ki, gəlin, burada mühafizə çəpəri tikin. Niyə gəlmirsiniz? Niyə bu müraciətləri qulaqardına vurursunuz? O cümlədən, ərazimdə Hacıqasımlı, Kamallı, Musalı, Nərimanov və Nurulu kəndlərinin qazı yoxdur. Bu kəndlərin, eləcə də İmişlinin yeddi kəndinin qazlaşdırılması nə vaxta qədər təxirə salınacaq? Olmazmı ki, bu altı-yeddi kəndi qazlaşdırıb həmin rayonların qarşısına bir müsbət göstərici qoyasınız? İmişlidə və Saatlıda qazlaşdırma işləri aparılsın. Bu, sadə bir həqiqətdir.

Qaralar kəndindən Hacı Mirabbas ağa təxminən bir ay əvvəl mənə deyir ki, qardaş oğlu, olmazmı ki, İmişlinin kəndlərini qazlaşdırasınız? Biz Lerik deyilik, Daşkəsən deyilik, Kəlbəcər deyilik, bu boruları bir-birinə calayıb, bizim kəndə də çatdırmaq olmazmı? Dediyini olduğu kimi çatdırıram. Xalq müdrikliyidir, xalq məntiqidir. Qalıram üzünə baxa-baxa, bir söz tapıb deyə bilmirəm. Bunu edin də! Axı doğrudan da, çətin bir şey deyil”.

Spiker Sahibə Qafarova Səyyad Aranın çıxışa yazıla bilməməsi barədə dedikləri ilə razılaşmayıb.

“Jalə xanım düyməni, əlbəttə, bir neçə saniyə sizdən əvvəl basıb. Sizin nəyə narazılığınız ola bilər ki? Elə danışırsınız ki, sanki burada kimsə Sizə qəsdən söz vermir. Xahiş edirəm, hər dəfə bu büdcə müzakirələrini bu formaya salmayın. Hamı çıxış edir, təkliflərini deyir, problemlərdən danışır”, – deyə Sahibə Qafarova bildirib.

AzPost.az

Post navigation

Previous: Din xadimlərinə dövlət qulluğunda yeni qadağa qoyulub?- Rəsmi açıqlama

Oxşar xəbərlər

vilyam kiraye
  • Sosial

Bakıda və Sumqayıtda 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – AÇIQLAMA

User 17 Noyabr 2026 - 12:43
hava proqnozu haqqında
  • Sosial

Sabaha olan hava proqnozu

User 17 Noyabr 2026 - 12:30
idarecilik akademiyasi
  • Sosial

Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçmədi? – Nazirlikdən açıqlama

User 17 Noyabr 2026 - 12:26

xƏBƏR

seyyad
  • Sosial

“Seçicilər deyirlər ki, sən orada niyə oturmusan?” – Deputatdan etiraz

User 17 Noyabr 2026 - 14:20
“Burada büdcə müzakirələrindən istifadə edərək bəzi məsələləri diqqətə çatdırmaq istəyirəm. Biz burada bunları danışmayanda seçicilər deyirlər ki,...
Read more about “Seçicilər deyirlər ki, sən orada niyə oturmusan?” – Deputatdan etiraz
Din xadimlərinə dövlət qulluğunda yeni qadağa qoyulub?- Rəsmi açıqlama media sura
  • Din

Din xadimlərinə dövlət qulluğunda yeni qadağa qoyulub?- Rəsmi açıqlama

User 17 Noyabr 2026 - 13:50
“Bura Milli Məclisdir, danışmaqxanadır” – deputat Səyyad Arandan etiraz seyyad aran
  • Siyasət

“Bura Milli Məclisdir, danışmaqxanadır” – deputat Səyyad Arandan etiraz

User 17 Noyabr 2026 - 13:43
Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə qarşı ittihamlar açıqlandı herbci ermeni esir
  • Dünya

Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə qarşı ittihamlar açıqlandı

User 17 Noyabr 2026 - 13:33
Bakıda ev almaq istəyənləri nə gözləyir? – 2027-ci ilin mənzil proqnozu menzil
  • Baş Yazı

Bakıda ev almaq istəyənləri nə gözləyir? – 2027-ci ilin mənzil proqnozu

User 17 Noyabr 2026 - 13:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.