Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna PUA-ları Rusiyanın iki böyük neft zavodunu vurdu

User 18 Noyabr 2026 - 11:02
rus zavod

Noyabrın 18-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Krasnodar diyarının Severski rayonuna kütləvi hücum edib.

Bölgənin əməliyyat qərargahından bildirilib ki, dron qalıqlarının düşməsi nəticəsində iki müəssisədə yanğın baş verib. Bundan başqa, PUA fraqmentləri doqquz ünvanda – fərdi yaşayış evlərinin həyətlərində və küçələrdə aşkarlanıb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlara tibbi yardım göstərilir.

Ukraynanın “Exilenova+” monitorinq kanalının məlumatına görə, hücum zamanı iki iri neft emalı zavodu – Afipski və İlski NEZ-lər hədəfə alınıb. “Astra” nəşrinin mənbələri də hər iki müəssisənin ərazisində yanğın baş verdiyini təsdiqləyib.

Afipski Neft Emalı Zavodu Krasnodar diyarının üç ən böyük, Rusiyanın cənubunun isə beş ən iri neft emalı müəssisəsindən biridir. Zavod ildə 7 milyon tondan çox neft emal etmək gücünə malikdir. Burada benzin, dizel yanacağı, aviasiya kerosini və digər neft məhsulları istehsal olunur. Müəssisə yalnız ixrac üçün fəaliyyət göstərir.

Bu, zavoda cari ilin əvvəlindən bəri səkkizinci, son bir ayda isə ikinci hücumdur. Sonuncu dəfə noyabrın 6-da dronlar müəssisəni hədəfə alıb.

İlski Neft Emalı Zavodu da Krasnodar diyarının üç ən böyük müəssisəsi sırasındadır. İllik təxminən 6,6 milyon ton neft emal etmək gücünə malik zavodda benzin, dizel yanacağı və digər məhsullar istehsal olunur. Müəssisə sonuncu dəfə noyabrın 16-da dron hücumuna məruz qalıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı həmin hücum nəticəsində zavodda neftin ilkin atmosfer distilləsi üzrə üç qurğunun vurulduğunu iddia etmişdi.

Ukrayna Silahlı Qüvvələri oktyabrın sonlarında Rusiyanın neft emalı zavodlarına hücumları yenidən intensivləşdirib. Son həftələrdə 35 zavoddan təxminən 10-u hədəfə alınıb. Bunların arasında Novo-Kuybışevsk, Ryazan, Afipski, Saratov, Yaroslavl, Omsk, Nijni Novqorod, Ufa və Kir işi neft emalı zavodları da var.

“Reuters” agentliyinə danışan məlumatlı mənbələrin sözlərinə görə, hücumlar nəticəsində Rusiyada neft emalının ümumi həcmi ötən ayın sonu ilə müqayisədə 30 faiz azalıb. Onların qiymətləndirməsinə əsasən, oktyabrın sonunda neft emalı zavodları gündə təxminən 700 min ton (5 milyon barel) xammal emal edirdisə, noyabrın ortalarında bu göstərici 500 min tona düşüb.

Neft emalı sektorunda yaranan yeni böhran artıq Rusiyanın ən azı səkkiz regionunda yanacaqdoldurma məntəqələrində qıtlığa səbəb olub. Benzin satışına məhdudiyyətlər Leninqrad, Nijni Novqorod, Arxangelsk, Novosibirsk və Penza vilayətlərində, eləcə də Kareliya və Buryatiyada tətbiq edilib.

Moskvada isə “Rosneft” yanacaqdoldurma məntəqələrində satış limitləri yenidən qüvvəyə minib. Belə ki, bir avtomobilə maksimum 50 litr yanacaq doldurulmasına, kanistrə isə 20 litrdən artıq benzin verilməməsinə icazə verilir.

Nadir Talıblı

AzPost.az

Post navigation

Previous: İran Küveytdəki ABŞ aviabazasına zərbə endirdiyini açıqladı
Next: Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?

Oxşar xəbərlər

iran raket
  • Dünya

İran Küveytdəki ABŞ aviabazasına zərbə endirdiyini açıqladı

User 18 Noyabr 2026 - 10:54
putin cin
  • Dünya

Putin və Çin rəhbəri arasında danışıqlar başlayıb – YENİLƏNİB

User 18 Noyabr 2026 - 10:16
Əraqçi
  • Dünya

İran ABŞ-a kimyəvi silahla hücum hazırlayır? – Əraqçidən sərt cavab

User 18 Noyabr 2026 - 09:35

xƏBƏR

pensiya esas
  • Baş Yazı

Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?

User 18 Noyabr 2026 - 11:12
Azərbaycanda pensiya yaşına çatan hər kəsin əmək pensiyası almaq hüququ yaranmır. Bunun üçün yalnız yaş həddinə çatmaq...
Read more about Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?
Ukrayna PUA-ları Rusiyanın iki böyük neft zavodunu vurdu rus zavod
  • Dünya

Ukrayna PUA-ları Rusiyanın iki böyük neft zavodunu vurdu

User 18 Noyabr 2026 - 11:02
İran Küveytdəki ABŞ aviabazasına zərbə endirdiyini açıqladı iran raket
  • Dünya

İran Küveytdəki ABŞ aviabazasına zərbə endirdiyini açıqladı

User 18 Noyabr 2026 - 10:54
Ceyhun Bayramov Almaniyanın xarici işləri naziri ilə görüşüb ceyhun alman xin
  • Siyasət

Ceyhun Bayramov Almaniyanın xarici işləri naziri ilə görüşüb

User 18 Noyabr 2026 - 10:50
Qızılın qiyməti düşdü – Azərbaycanda qiymətlər ucuzlaşacaq? dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti düşdü – Azərbaycanda qiymətlər ucuzlaşacaq?

User 18 Noyabr 2026 - 10:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.