Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İran ABŞ-a kimyəvi silahla hücum hazırlayır? – Əraqçidən sərt cavab

User 18 Noyabr 2026 - 09:35
Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi noyabrın 17-də İslam Respublikasının Vaşinqtonda kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə KİV-də yayılan məlumatları təkzib edib və bu iddiaları cəfəngiyat adlandırıb.

“Son 72 saat ərzində İsrailyönlü media İranın guya Vaşinqtonda kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı, eyni zamanda bəndlərin altında raket bazaları tikdiyi barədə məlumatlar yayıb. Bu, cəfəngiyatdır”, – deyə o, X sosial şəbəkəsində yazıb.

Əraqçi bu məlumatları İraq müharibəsi dövründə aparılan təbliğatla müqayisə edib və yayılan iddiaların arxasında “açıq-aydın İsrail izinin” olduğunu bildirib.

Mehr agentliyinin məlumatına görə, bununla paralel olaraq mediada İranın su infrastrukturu ilə raket proqramı arasında guya əlaqənin olması barədə ehtimallar yayılıb. İddialara əsasən, ölkədəki geniş bəndlər şəbəkəsindən “raket istehsalı güclərini gizlətmək” üçün istifadə oluna bilər.

CNN telekanalı noyabrın 16-da İranın ABŞ rəsmilərinə qarşı kimyəvi silahdan istifadə etməklə hücum hazırladığı barədə məlumat yayıb.

Breitbart News nəşrinin istinad etdiyi sənədlərdə qeyd olunub ki, kəşfiyyat orqanları İranın mümkün hücumunun konkret məkanları və hədəfləri barədə məlumat əldə edib. Bundan başqa, partlayıcı qurğunun hazırlanması üçün nəzərdə tutulan materialların əvvəlcədən yerləşdirildiyinə işarə edə biləcək məlumatlar da ələ keçirilib.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
abs tehluksezliyi
  • Dünya

ABŞ-ın məxfi məlumat şəbəkəsi çökdü – Trampın təhlükəsizliyi ilə bağlı açıqlama

User 17 Noyabr 2026 - 21:35

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a kimyəvi silahla hücum hazırlayır? – Əraqçidən sərt cavab

User 18 Noyabr 2026 - 09:35
İranın xarici işlər naziri Abbas Əraqçi noyabrın 17-də İslam Respublikasının Vaşinqtonda kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə...
Read more about İran ABŞ-a kimyəvi silahla hücum hazırlayır? – Əraqçidən sərt cavab
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 18 Noyabr 2026 - 09:30
Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
Putin Trampla görüş üçün Çinə gəldi putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.